Alternative content

22:27 02 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının 10 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının 10 illiyi münasibətilə tədbir keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
00:34 17.11.2020


Noyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə tədbir keçirildi. AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Vətən müharibəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Şirin Məlikova şanlı qələbəmiz münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, tədbir çərçivəsində "Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsinin təqdimatı olacaq. Təqdim olunan layihə çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan beş klassik xalçanın - "Şamaxı”, "Xilə-buta”, "Xətai”, "Əjdahalı”, "Naxçıvan” xalçalarının təbii yunun öz rəngindən istifadə edərək replikaları toxunub. Xalçatoxumada bu ən erkən texnoloji üsul sayılır. Təbii boyaq maddələri ilə boyanma prosesi başlanandan sonra bu üsuldan daha az istifadə olunurdu. Müasir dövr Azərbaycan xalçaçılığında ilk dəfə tanınmış xalçaçı-rəssam Cəfər Müciri yunun öz təbii rənglərinin müxtəlif çalarlarından məharətlə istifadə edərək yaratdığı XVII əsrdə yaşayıb-yaratmış şair Saib Təbriziyə həsr etdiyi xalça hazırda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında saxlanılır. Yunun öz təbii rəngindən istifadə edilərək toxunulan xalçalar görünüşünə və bədii xüsusiyyətlərinə görə ilk baxışdan diqqəti cəlb edir. Azərbaycanda xalçaçılıq sənətində Mazex, Qarabağ və Bozax cinsli qoyunların yunlarından istifadə edilir.

Qeyd edək ki, bu layihə Azərbaycan Milli Xalça Muzeyinin Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının 7.1.2. (Ənənəvi çeşnilər əsasında və bölgələrin ənənələrinə uyğun naxış və rəng ahənginin seçilməsi yolu ilə xalq sənətkarlarının bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği) bəndinin icrası ilə bağlı həyata keçirdiyi tədbirlərdən biridir.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə münasibətilə hər kəsi təbrik edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarına Allahdan rəhmət diləyib.

Anar Kərimov Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qonaqları və bu sahədə çalışanları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb. Diqqətə çatdırıb ki, Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, o həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir. Bu səbəbdəndir ki, hər zaman dəyərli qonaqlara qiymətli xalçalar hədiyyə edilmişdir.

"Tarixboyu zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi-mədəni nümunələri, o cümlədən xalçalar qarət edilmiş və xarici ölkələrə aparılmışdır. Sevindirici haldır ki, bu istiqamətdə mühüm irəliləyişlər vardır. Belə ki, muzeylər tərəfindən xarici muzeylərlə əməkdaşlıq əlaqələri qurulur, birgə fəaliyyətlə bağlı memorandumlar imzalanır. Azərbaycan Milli Xalça Muzeyi də öz növbəsində bu istiqamətdə mühüm işlər görür.

Dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması, dünya şöhrətli muzeylərdə qorunan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici hərrac və auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq ölkəmizə geri qaytarılması istiqamətində xüsusilə son 10 ildə böyük işlər görülmüşdür. Belə ki, "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti” 2010-cu ildə UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ildə 20-dən çox ölkədən mütəxəssislərin iştirakı ilə "Ənənə və innovasiyalar” mövzusuna həsr olunmuş Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium keçirilmişdir.

Dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli nailiyyətlər əldə edilib və bu sahədə işlər müvəffəqiyyətlə davam etdirilir.

Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə UNESKO-nun baş qərargahında və xarici ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Belə ki, cari il yanvarın 29-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi keçirilmişdir”,-deyə Anar Kərimov vurğulayıb.

Hazırda xalqımızın böyük qürur və iftixarla şanlı qələbə tarixini yaşadığını qeyd edən natiq Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpasına başlanılacağını bildirib. İllərdir doğma məkanından uzaq düşən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı da öz vətəninə qayıdacaq və 30 ilə yaxındır qəribçilik həyatı yaşayan xalçalar öz doğma yurdunda sərgilənəcəkdir.

Anar Kərimov çıxışının sonunda yaxın zamanlarda dünya hərraclarında Azərbaycana məxsus iki Qarabağ xalçasının da əldə edilərək vətənə qaytarılacağını diqqətə çatdırıb və bildirib ki, XVIII-XIX əsrə aid olan bu xalçalar Xalça Muzeyinə gətirildikdən sonra geniş ictimaiyyətə təqdim olunacaq.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edərək deyib ki, Qarabağ özünün Quruçay mədəniyyəti ilə, Şuşa qalası və zəngin tarixi-mədəni abidələri ilə Azərbaycanın qədim tarixinin simvoludur. Qarabağ bəşəriyyətin incilərindən hesab olunan və UNESKO tərəfindən irs siyahılarına daxil edilmiş Azərbaycan muğamının, tarımızın, kamanımızın, xalça sənətimizin, çovqan oyunumuzun və bir çox digər qeyri-maddi mədəni irs nümunələrimizin əsrlərcə yaşadıldığı bir məkandır: "Bu irs nümunələrindən biri kimi Azərbaycan xalçaçılıq sənəti 10 il öncə UNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir. Xoş təsadüfdür ki, xalçaçılıq sənətimizin 10 illik yubileyi həm də UNESKO-nun yaradılmasının 75 illik yubileyinə təsadüf edir. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür. Azərbaycan-UNESKO əməkdaşlığının əsası xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasəti hazırda dövlət başçısı tərəfindən uğurla davam etdirilir. UNESKO ilə əməkdaşlığımızın genişləndirilməsində, təşkilatın ideya və məqsədlərinin beynəlxalq səviyyədə və ölkə daxilində təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Azərbaycanın mədəni irs nümunələrinin UNESKO siyahılarına daxil edilməsi Mehriban xanımın məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bu gün ölkəmizin Ümumdünya İrs Siyahısında 3, Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısında 11, Qeyri-Maddi İrsin Təcili Qorunma Siyahısında isə 2 irs nümunəmiz yer almaqdadır. Mehriban xanım Əliyeva Azərbaycan xalçaçılıq sənətinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində də böyük işlər görmüşdür”.

Elnur Sultanov diqqətə çatdırıb ki, 16 noyabr həm də BMT tərəfindən Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunmaqdadır. Azərbaycan mədəni müxtəlifliyin, multikulturalizmin və tolerantlığın təbliğinə xüsusi əhəmiyyət verir. Fəxrlə deyə bilərik ki, tolerantlıq və multikulturalizm ənənələri Azərbaycan dövlət siyasətinin bir hissəsidir və xalqımızın gündəlik həyat tərzidir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradov deyib ki, Ordumuzun qələbəsi ilə biz işğaldan azad olunan torpaqlarımızla yanaşı, Qarabağın maddi-mənəvi mədəniyyətinə, tarixi abidələrinə qayıdırıq. Qarabağ xalçasının yarandığı, inkişaf etdiyi ərazilərə qayıdırıq. Bu illər ərzində Qarabağın xalçası çox sınaqlardan üzüağ çıxdı. Qarabağın qədim xalçalarının xalqımıza məxsusluğu uğrunda mübarizəmiz bir gün belə səngimədi.

Vidadi Muradov deyib: "Hazırda bütün ölkəmiz, əlaqədar qurumlar, vətəndaşlarımız dövlətimizin Qarabağa dair bərpa-inkişaf proqramını səbirsizliklə gözləyir. Əminik ki, bu proqram xalqımızın illərlə Qarabağa dair ürəyində olan arzularını əks etdirəcək. Azərbaycan xalçaçılarının da işğaldan azad edilmiş ərazilərimizin bərpasında böyük xidmətləri olacaqdır”.

2016-cı ildə yaradılmış "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti haqqında məlumat verən İdarə Heyətinin sədri bildirib ki, hazırda respublikamızın 20 rayonunda 21 xalça emalatxanası, 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi fəaliyyət göstərir. Azərbaycan xalçalarının Bakı-Abşeron, Qarabağ, Naxçıvan, İrəvan, Qazax-Borçalı, Gəncə, Quba, Şirvan, Təbriz kimi 9 qrupunun çeşniləri üzrə müxtəlif ölçülü xalçalar toxundu, yerli və xarici bazarlara çıxarıldı.

"Bu gün Qarabağda yazılan yeni tarixin hər səhifəsinə Azərbaycan xalçası və xalçaçısı da daxil olmalıdır. Bunun üçün bizim kifayət qədər gücümüz, istedadımız var”,-deyə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vurğulayıb.

Sonda qonaqlar "Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” adlı sərgi ilə tanış olublar.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM