Alternative content

03:24 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:02 10.02.2013

 

Borclunun məhdud məsuliyyətli cəmiyyətdə payı var. O, borcunu ödəyə bilmirsə, həmin paya da tutma yönəldilə bilərmi?

 

Bəhlul Güləhmədov,

Qazax rayonu

 

- Borclu şəxsin məhdud məsuliyyətli cəmiyyətdəki payına tutma yönəldilməsi mümkündür, lakin nəzərə alınmalıdır ki, tutmanın borclunun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Bu zaman siz tutmanın yönəldilməsi məqsədilə məhdud məsuliyyətli cəmiyyətdən ya cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi, ya da bu əmlak hissəsini ayırmağı tələb edə bilərsiniz. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri sizin tələb irəli sürdüyünüz məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 94.1-ci maddə).

 

Ər-arvadın ümumi əmlakının bölgüsü yalnız məhkəmə qaydasındamı mümkündür?

Emma Qaçabəyova,

Qusar rayonu

 

- Məhkəmə ər-arvad arasında mübahisə olduqda, onların ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması ilə bağlı tələblərə baxır (Azərbaycan Respublikası Ailə Məcəlləsi, 36.3-cü maddə). Əgər mübahisə yoxdursa, onda əmlakın bölünməsi məhkəmədən kənar qaydada mümkündür. Belə ki, ər-arvad həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra birgə yazılı ərizə ilə notariusa müraciət edə bilərlər. Bu zaman notarius onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamə ər-arvadın yalnız əmlakdakı paya mülkiyyət hüququnu təsdiq edir. Konkret əmlaka şəhadətnamə verilmir (məsələn, ər-arvadın birinə evə, digərinə avtomobilə şəhadətnamə verilməsinə yol verilmir). Ona görə də əgər ər-arvadın hər hansı biri əmlaka (əşyaya) ayrılıqda mülkiyyət hüququ almaq istəyirsə, notarius onlara şəhadətnamə almaq əvəzinə nikah dövründə birgə əldə etdikləri əmlakın bölüşdürülməsi müqaviləsinin rəsmiləşdirilməsini təklif etməlidir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiqlənmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat", 111-115-ci bəndlər).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi