Alternative content

02:13 03 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:39 03.12.2020 İLHAM ƏLİYEV dərsləri
00:37 03.12.2020 O gün gəldi
00:25 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq
Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq
ANA SƏHİFƏ / SİYASƏT
23:48 31.10.2020

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın məşhur "TV9” kanalı və” Navbharat Times” informasiya agentliyinə iki müsahibəsində Hindistan ictimaiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələr barədə məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, E.Əmirbəyov, sentyabrın 27-də Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayan və döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyinin atəşkəs və münaqişənin sülh yolu ilə həlli axtarışında qətiyyən maraqlı olmadığını qeyd edib. E.Əmirbəyov, təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş bölgəsindən uzaq şəhərlərdə və kəndlərdə yaşayan Azərbaycanın mülki əhalisini raket və artilleriya atəşinə tutma cinayətkar təcrübəsini davam etdirən qeyri-insani davranışlarına toxunub.

Səssiz beynəlxalq ictimaiyyət tərəfindən cəzasız qaldığından sui-istifadə edərək, Ermənistan rəhbərliyi və işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı cinayətkar marionet rejimi, hərbi əməliyyatlar bərpa olunduqdan sonra 91 dinc Azərbaycan vətəndaşının ölümü və 400-dən çoxunun müxtəlif dərəcəli ağır yaralanması ilə nəticələnən hərbi cinayətlər, terror aktları və insanlığa qarşı cinayətlər törətməyə davam edir. E.Əmirbəyov vurğulayıb ki, "Smerç” yaylım atəşli raket sistemlərindən Bərdə və Tərtərin mülki əhalisinə raket zərbələri endirərkən, erməni tərəfi beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş kaset bombalardan istifadə edib, bu fakt Azərbaycan tərəfindən məlumatların toplanması və bütün hərbi cinayətlərin və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının pozuntularının qeydə alınması üçün dəvət edilmiş "Amnesty International” və "Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən təsdiqlənib. Birinci vitse-prezidentin köməkçisi, həmçinin Ermənistanın Bərdə, Tərtər və Goranboya raket hücumlarının ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təşkil olunan iki ölkənin xarici işlər nazirlərinin Cenevrədəki görüşü ərəfəsində baş verdiyini və bunun təcavüzkar ölkənin həyasız riyakarlığını və xainliyini bir daha təsdiq etdiyini bildirib.

"Ermənistan baş naziri Paşinyanın məntiqsiz, gözlənilməz və bu səbəbdən də təhlükəli davranışı dinc mülki əhali də daxil olmaqla hər gün daha çox qurbanlara səbəb olur. Bu baxımdan beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana təcavüzünün dayandırılmasına yönəlmiş səmərəli addımların mövcud olmaması halında, Bakının Ermənistanı sülhə məcbur etmək və əzəli Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün sentyabrın 27-si əks hücum çərçivəsində başlayan əməliyyatı ən qısa müddətdə başa çatdırmaq xaricində başqa yolu yoxdur”, - deyə, E.Əmirbəyov sözünə yekun vurub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM