Alternative content

02:06 03 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:39 03.12.2020 İLHAM ƏLİYEV dərsləri
00:37 03.12.2020 O gün gəldi
00:25 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib
Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib
ANA SƏHİFƏ / SİYASƏT
23:45 31.10.2020

Ümummilli lider Heydər Əliyev deyib: "Torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın xoşbəxt günü gəlib çatacaqdır”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yolunu davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gün ordumuz torpaqlarımızı işğaldan azad edir, tarixi ədalət bərpa olunur. Döyüş meydanında əsl vətənpərvərlik göstərən igid oğullarımız Vətən yolunda öz adlarını ən uca zirvəyə-şəhidlik zirvəsinə yazırlar. Torpağa məhəbbət, vətənpərvərlik isə onu qorumaqla yanaşı, həm də əkməklə, zəhmətə qatlaşıb bol məhsul yetişdirməklə, bağlar, yaşıllıqlar salmaqla mümkün olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, otyabrın 31-də muxtar respublikada şəhidlərin xatirəsinə meyvə bağları və yaşıllıqlar salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarındakı 4 hektar ərazidə keçirilən ağacəkmədə iştirak edib. Burada 3 hektar sahədə meyvə bağı salınıb, ərazidəki 1 hektar meyvə bağında isə bərpa əkini aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak edib.

Bildirilib ki, cari ilin payızında muxtar respublikada 265 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılacaqdır ki, bunun da 41,3 hektarını yeni meyvə, 3,3 hektarını isə üzüm bağları təşkil edəcəkdir. Yeni meyvə bağlarının salınmasında cəviz, badam, ərik, şaftalı və digər tinglərdən istifadə olunacaqdır. Əvvəlki illərdə salınmış 78 hektar sahədə bərpa əkini keçiriləcək, 2,5 hektarda toxmacarlıq yaradılacaq, 140 hektar sahədə isə toxumla əkin aparılacaqdır.

Ali Məclisin Sədri tinglər əkib, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikada şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmədə 19 min 542 sakin iştirak edib, 14 hektar yeni meyvə bağları salınıb, 41 hektarda bərpa işləri aparılıb, 12 mindən artıq meyvə və meşə tingləri əkilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM