Alternative content

13:15 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moldova saytı Milli Məclis Sədrinin müavini Adil Əliyevin Ermənistanın müharibə cinayətlərinə dair geniş müsahibəsini yayıb
Moldova saytı Milli Məclis Sədrinin müavini Adil Əliyevin Ermənistanın müharibə cinayətlərinə dair geniş müsahibəsini yayıb
ANA SƏHİFƏ / SİYASƏT
19:57 31.10.2020

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhərlərini raket atəşinə tutması nəticəsində 90-dan çox mülki şəxs həlak olub, 400-dən artıq dinc sakin xəsarət alıb. Eyni zamanda, 2700-dən çox mülki obyektə və evə ciddi ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kişineuda səfərdə olan MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclis Sədrinin müavini Adil Əliyev Moldovanın nüfuzlu "NOİ.md” informasiya portalına müsahibəsində bildirib.

Adil Əliyev qeyd edib ki, Ermənistanın oktyabrın 28-də Bərdə şəhərinə kasetli raket hücumu nəticəsində 30-a yaxın mülki şəxs həlak olub. Onlardan 11-i uşaqdır və ən kiçiyinin 2 yaşı var idi. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin bir könüllüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı da həyatını itirib.

Milli Məclis Sədrinin müavini qeyd edib ki, oktyabrın 11-i və 17-də Gəncə şəhərinə kasetli raket hücumu nəticəsində onlarca insan həlak olub. Onların əksəriyyəti uşaq, qadın və qocalar idi. Həlak olanların arasında Rusiya vətəndaşı olan 13 yaşlı oğlan da var idi. Özü də bu raket hücumları gecə, sakinlər yatan zaman həyata keçirilib.

"Biz dərhal dinc sakinlərə raket hücumunu pislədik. Cəbhə bölgəsindən uzaq olan yaşayış məntəqələrinə gecə saatlarında edilən raket hücumu beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Beynəlxalq birlik Ermənistanın Azərbaycanın mülki şəxslərinə qarşı hücumuna göz yummamalıdır”, - deyə A.Əliyev vurğulayıb.

Bildirilib ki, Ermənistan Azərbaycan Ordusunun döyüş meydanında uğurlarını həzm edə bilmədiyindən, mülki insanlara qarşı zorakılıq tətbiq edir.

"Ermənistan döyüş meydanında məğlub olur, Azərbaycan Ordusu hər gün yeni qəsəbə, kənd və yaşayış məntəqəsini işğalçılardan azad edir. Ermənistan, həmçinin Azərbaycan şəhərlərini raket hücumuna məruz qoymaqla ölkəmizi təxribata çəkmək istəyir. Düşünür ki, Azərbaycan tərəfi də buna cavab olaraq Ermənistan şəhərlərini raket atəşinə tutacaq. Bununla da üçüncü tərəfi münaqişəyə cəlb etmək istəyirlər. Ancaq onların bu hiyləsi baş tutmayacaq. Azərbaycan Prezidenti dediyi kimi, biz dinc erməni xalqına toxunmayacağıq, yalnız döyüş meydanında düşmənə cavab veririk. Azərbaycan Ermənistan kimi qadağan olunmuş silahlardan da istifadə etmir”, - deyən Milli Məclis Sədrinin müavini ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyətsizliyindən danışıb, Ermənistanın müharibə cinayətləri fonunda Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına və digər məsələlərə toxunub.

Qeyd edək ki, A.Əliyevin rumın və rus dillərində yayımlanan bu müsahibəsi Moldovanın digər nüfuzlu saytlarında da dərc edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM