Alternative content

14:43 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir
İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:53 31.10.2020
 
Təcavüzkar Ermənistan qəsdən Şuşa meşələrini yandırmaqla işğal altında saxladığı Azərbaycan ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir: "Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub. Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir. Çünki ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir”.

Nazirlik rəsmisi bu cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM