Alternative content

13:56 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Günay Səlimzadə: Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən bütün tədbirlər görülür
Günay Səlimzadə: Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən bütün tədbirlər görülür
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:49 31.10.2020
 
Sentyabrın 27-dən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onun Əlavə protokollarının müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur və bununla da mülki əhalimizə qarşı cinayətlər törətməyi davam etdirir. Hazırkı vaxtadək düşmən qüvvələri tərəfindən törədilən cinayətlər nəticəsində ümumilikdə 91 mülki şəxs həlak olub, 404 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananların 43-nün vəziyyəti ağırdır. Bundan başqa, 2465 evə, 97 çoxmənzilli binaya və 455 mülki infrastruktur obyektinə külli miqdarda ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəisi Günay Səlimzadə oktyabrın 31-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, sentyabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri – Mingəçevir Su Elektrik Stansiyası və İstilik Stansiyası, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft, Oğuz-Qəbələ-Bakı su kəmərləri, turizm mərkəzi olan Qəbələ rayonu da hədəfə alınıb. Bütün bu faktlara görə Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət faktları üzrə Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işləri başlanıb. Hazırda həmin cinayət işləri üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Başlanmış və istintaq olunan cinayət işlərinin üç kateqoriyaya ayrıldığını vurğulayan Günay Səlimzadə bildirib ki, birinci kateqoriyaya aid cinayət işləri Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən şəhər və rayonlarına vurulmuş ziyanla bağlıdır. İkinci kateqoriya üzrə cinayət işləri işğal altında qalan ərazilərimizdə qanunsuz iqtisadi fəaliyyətin aparılması, sonuncu kateqoriyadan olanlar isə işğaldan azad edilmiş və işğal altında qalan ərazilərimizdə tarixi abidələrimizin məhv edilməsi və ekologiya cinayətləri ilə bağlıdır. Hazırda hər cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən mümkün olan bütün istintaq tədbirləri, o cümlədən hadisə yerinə baxış keçirilir, dəymiş zərərin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar, o cümlədən məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunur. Həmçinin zərərin məbləğinin dəqiqləşdirilməsi üçün müvafiq komissiyalar da yaradılır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri sonda xüsusi vurğulayıb ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən mümkün olan bütün tədbirlər görülür, təqsirkar şəxslərin həm milli, həm beynəlxalq qanunvericiliyin tələblərinə əsasən, məsuliyyətə cəlb edilmələri və sanksiyaların tətbiq olunması məqsədilə mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət ediləcək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM