31 Oktyabr 2020 18:47
439
SİYASƏT
A- A+

Son iki gündə düşmən xeyli sayda döyüş texnikası və canlı qüvvə itirib

 
Cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrini və yaşayış məntəqələrini atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin fəaliyyətlərinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür. Bunun nəticəsində düşmənin xeyli sayda döyüş texnikası və canlı qüvvəsi sıradan çıxarılıb.

AZƏRTAC xəbər verir ki, qoşunlarımızın dəqiq atəş zərbələri nəticəsində Ermənistanın motoatıcı diviziyasının mövqelərinə yaxınlaşan döyüş texnikası məhv edilib və sıradan çıxarılıb. Bunun nəticəsində düşmənin müxtəlif təyinatlı 27 hərbi texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin motoatıcı alayının iki zabiti məhv edilib, xeyli sayda yaralı var. Digər motoatıcı alayın mövqelərinə endirilən zərbələr nəticəsində ölən və yaralananlar arasında iki bölük komandiri də var.

Düşmənin dağatıcı alayının döyüş mövqelərinə vurulan zərbələr nəticəsində taborun şəxsi heyətinin 50 faizinin məhv edildiyi, zabitlərdən cəmi 5 nəfərin sağ qaldığı müəyyən edilib. Sağ qalan erməni hərbi qulluqçularının isə döyüş mövqelərini ataraq qaçdığı məlum olub.

Düşmənin Xocavənd istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralananların olduğu, silah-sursatın tükəndiyi, bölmələr arasında rabitənin olmadığı barədə məlumat da var.

Döyüş mövqeyinə çıxarılan əlahiddə taborun şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananların, eləcə də ölənlər arasında bölük komandirlərinin olduğu məlum olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video