31 Oktyabr 2020 18:46
425
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir

 
Azərbaycan birtərəfli qaydada humanitar addımlar atır. Azərbaycan tərəfi hələ oktyabrın 18-də elan edilmiş humanitar atəşkəsə riayət olunmadığı halda, birtərəfli şəkildə erməni əsgərlərinin cəsədlərinin qaytarılması, ölkəmizdə olan yaşlı erməni şəxslərin qarşı tərəfə verilməsi təşəbbüsünü irəli sürmüşdü. Lakin bu təklif irəli sürüləndə Ermənistan tərəfindən razılıqla qarşılanmamışdı. Hətta Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı ermənini təhvil almaqdan son anda imtina edib. . Baxın, budur Ermənistanın əsl siması. Bundan başqa, Ermənistan tərəfindən təhvil alınmış Ermənistan vətəndaşı Yevqeniya Babayana qarşı sonradan fiziki təzyiqlər göstərilib. O yaşının çox olmasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib. Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva oktyabrın 31-də keçirilən mətbuat konfransında söyləyib.

Leyla Abdullayeva, həmçinin bildirib: "Eyni zamanda, Ermənistan tərəfindən son zamanlar saxta videolar, feyk məlumatlar və dezinformasiyalardan geniş şəkildə istifadə olunur. Ermənistan tərəfinin saxta məlumatları yaymaqda, eləcə də Azərbaycanın mülki əhalisini hədəfə almaqda məqsədi bəllidir. Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu, açıq şəkildə görünür. Eyni zamanda, Ermənistanın məqsədi işğalı möhkəmləndirmək, eləcə də üçüncü tərəfləri bu münaqişəyə cəlb etməkdir. Azərbaycan tərəfi isə başda Prezident İlham Əliyev olmaqla, dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və bəyan edib ki, onun xarici dövlətlərin ərazilərinə qarşı hər hansı bir iddiası yoxdur. Bu gün Azərbaycan öz suveren ərazisində qeyri-qanuni mövcudluğunu saxlayan Ermənistan silahlı qüvvələrinə qarşı özünümüdafiə tədbirləri həyata keçirir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində addımlar atılır ki, bu da məhz BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri tərəfindən hələ 1993-cü ildə tələb edilib. Başqa sözlə desək, bu gün Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini təmin edir. Üçüncü dövlətləri münaqişəyə cəlb etmək istəyən düşmən tərəfin diqqətinə bir daha çatdırmaq istərdik ki, onların bu kimi iddiaları nəticəsiz qalacaq”.

Azərbaycanın bütün qonşu dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan Leyla Abdullayeva deyib: "Biz digər dövlətlərin ərazi bütövlüyünü tanıyırıq, ona hörmət edirik. Ərazi bütövlüyünə hörmət bizim üçün prinsipial mövqedir. Eyni zamanda, Azərbaycanın da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasını digər dövlətlərdən tələb edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video