Alternative content

15:58 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anar Eyvazov: Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur
Anar Eyvazov: Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur
ANA SƏHİFƏ / SİYASƏT
18:43 31.10.2020
 
Sentyabrın 27-dən etibarən bu günədək Azərbaycan Ordusu tərəfindən başladılan əks-həmlə əməliyyatı dövründə bütün birləşmələrimiz və bölmələrimiz verilən göstərişlərə uyğun olaraq beynəlxalq humanitar hüququn normalarına, o cümlədən Cenevrə Konvensiyası və əlavə edilmiş bütün protokollara, norma və prinsiplərə tam olaraq riayət edir. Bu müddətdə düşmən canlı qüvvə, döyüş texnikası baxımından ağır itkilər verərək hər dəfə geriyə çəkilməyə məcbur edilir. Bir neçə şəhərimiz, kəndimiz və qəsəbəmiz artıq işğaldan azad edilib. Hazıra Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində döyüşlər davam edir. Düşmənə qarşı ciddi tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 31-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, bu müddətdə üç dəfə humanitar atəşkəs rejimi elan edilib. Bölmələrimiz tərəfindən göstərişə uyğun olaraq bu rejimə tam olaraq riayət edilir. Təəssüf ki, düşmən elan olunan humanitar atəşkəslərdən sui-istifadə edərək hər dəfə bölmələrimizə qarşı hücum etməyə cəhd edib və onlar itirdikləri mövqeləri yenidən əldə etmək üçün ordumuza qarşı əks-hücum əməliyyatları icra etməyə çalışıblar. Hər dəfə ağır itki verərək geri bir az daha çəkilməyə məcbur olublar. Döyüş meydanında dəfələrlə uğursuzluqla üzləşən düşmən bölmələri çarəni başqa istiqamətlərdə axtarırlar və vəziyyəti dəyişdirmək üçün başqa çıxış yolları axtarırlar. Bizim döyüş sahəsindən kənarda yerləşən yaşayış məntəqələrimizi raket və artilleriya silahları ilə atəşə tuturlar. Bu da bizim mülki əhalimizə və infrastrukturumuza ziyan vurur.

Biz bunların qarşısını almaq üçün döyüş əməliyyatlarını davam etdiririk. Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir. Bu əməliyyatların yekunlaşması üçün işğal altındakı bütün ərazilərimiz azad edilməli və ərazilərimizdə silahlı düşmən qalmamalıdır. Bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsində həyata keçirilir. Bizim Ermənistanda heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız düşmənin silah olan bölmələridir və onun legitim hərbi obyektləridir ki, biz bunlara qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, düşmənin yaşayış məntəqələrimizə mərmilər atmasının səbəblərindən biri bizi təhrik etməkdir. Onlar bizim mövqelərimizi Ermənistandan atəşə tuturlar. Bu mövqelərə cavab atəşləri açmağımızı gözləyirlər, bir az daha cəbhəni genişləndirmək istəyirlər. Lakin Azərbaycan Ordusu tapşırığa uyğun olaraq yalnız işğal altındakı torpaqlarımızda əməliyyatları davam etdirir.

Düşmənin digər məqsədi mülki insanlarımız arasında təşviş yaratmaqdır. Ancaq onlar buna nail ola bilmirlər. Xalqımız Ali Baş Komandanımızın ətrafında möhkəm birləşir. Ordumuzun gücü ilə düşmənə daha da sarsıdıcı zərbələr endirərək itkilərə uğradır. Düşmən bunu görür və bundan sarsılır. Bu xalq-ordu-dövlət birliyini yalnız düşmən deyil, ordumuz da görür. Bizim Azərbaycan əsgəri bundan güc alır, döyüş ruhu daha da artırılır. Hazırda döyüş sahəsində Azərbaycan əsgərinin mənəvi-psixoloji vəziyyəti, ordumuzun maddi-texniki təminatı çox yüksək səviyyədir. Biz bu minvalla əməliyyatlarımız davam etdirəcəyik.

"Düşmənin təxribat törədərək mülki əhalimizə qarşı qeyri-qanuni silah və sursatlardan istifadə edir. Bizi də təhrik edərək dezinformasiya və yalan məlumat yaymağa çalışırlar. Biz bəyanatlarımızda bildirdiyimiz kimi, Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur. Arsenalımızda olan silah-sursatlarla düşmənin istənilən nöqtəsinin məhv etməyimizə gücümüz çatır.

Əldə olunan məlumata görə, düşmən Xocavənd istiqamətində fosfor tərkibli maddələr gətirib. Düşmən gizlənmək məqsədilə bu maddələrdən meşələrdə tətbiq etmək istəyir. Meşələrdə yanğınlar törədərək bunu Azərbaycan Ordusunun üzərinə atmaq istəyir. Dezinformasiya yayaraq öz bölmələrinin orada gizlənməsini təmin etmək istəyir. Lakin biz bəyanatlarımızla, apardığımız şəffaf əməliyyatlarla və yaydığımız videogörüntülərlə hər gün öz ictimaiyyətimizi və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırırıq”, - deyə Anar Eyvazov vurğulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM