31 Oktyabr 2020 17:33
502
SİYASƏT
A- A+

Türkiyənin Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiya qrupları Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat yayıb

 
Türkiyənin Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiya qrupları Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "Biz Qızılcahamam Bələdiyyə Şurasında siyasi partiya qrupları olaraq Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçilərini ağır silahlarla hədəfə alan hücumlarını qətiyyətlə pisləyirik.

Biz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa etməsinə və vətəndaşlarını qorumasına yönələn hərəkətlərini dəstəkləyirik.

Otuz ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu haqsız işğala son qoymaq üçün mübarizə aparan Azərbaycana dəstəyimiz tam və qətidir. Beynəlxalq ictimaiyyəti erməni işğalı və xain hücumlar nəticəsində zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik.

Fürsətdən istifadə edərək, Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiyalar adından azərbaycanlı şəhid qardaşlarımıza Allahdan rəhmət diləyir, qardaş Azərbaycana başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını arzulayırıq.

Hörmətlə,

Süleyman Acar, Qızılcahamam Bələdiyyəsinin sədri

Ali İhsan Çalıkıranoğlu, Ədalət və İnkişaf Partiyası qrup rəhbərinin müavini

Murat Can, Milliyyətçi Hərəkat Partiyası qrup rəhbərinin müavini

Mehmet Çağlar, İYİ Partiyası qrup rəhbərinin müavini

Türkiyə Respublikası, Ankara şəhəri”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video