Alternative content

16:42 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiqlənib
“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiqlənib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:10 31.10.2020

"Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu”na Keçid Planı” təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və "Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” Qərar qəbul edib.

Qərara əsasən, "Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu”na Keçid Planı” təsdiq olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu” ("G-cloud”) Konsepsiyası”na və bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında müəyyən edilən "Hökumət buludu”nun arxitekturasına, inkişafı (miqyaslanma) və miqrasiyanın yüksəksəviyyəli planına uyğun olaraq, "Hökumət buludu”nun Milli Data Mərkəzinin, o cümlədən "bulud” platformasının mərhələli şəkildə inkişaf etdirilməsi ilə bağlı tədbirlər görəcək. Nazirliyə Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında müəyyən edilən "Hökumət buludu”na keçid dövrünə uyğun olaraq, 2 dövlət informasiya sistemlərinin və ehtiyatlarının onların sahibləri və ya operatorları ilə birlikdə "Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görmək tapşırılıb. Nazirlik, həmçinin bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında nəzərdə tutulmuş tədbirlərin mərhələli şəkildə icrasına nəzarət edəcək və icranın gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər isə informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu”na keçidinin təşkil olunması istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməli və "Hökumət buludu”nun operatoruna şərait yaratmaldır. Həmçinin aidiyyəti informasiya sistemlərinin və ehtiyatlarının bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında göstərilmiş müddətlərdə "Hökumət buludu”nda yerləşdirilməsi təmin edilməlidir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM