Alternative content

02:35 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kolumbiya telekanalında Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən danışılıb
Kolumbiya telekanalında Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən danışılıb
ANA SƏHİFƏ / SİYASƏT
13:43 31.10.2020

Kolumbiyanın çoxmilyonlu izləyici auditoriyasına malik "Ultima Hora” internet televiziyasında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri barədə müsahibəsi efirə gedib.

AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 28 ildir davam edən hərbi təcavüzü, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal etməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, Minsk qrupu çərçivəsində aparılan danışıqlar və Ermənistanın davamlı olaraq qeyri-konstruktiv yanaşması nəticəsində bu prosesin pozulması barədə məlumat verib.

Bildirib ki, Ermənistanın bu günədək BMT-nin qətnamələrinə məhəl qoymaması ilə yanaşı, işğalçı dövlətin milliyyətçi hökumətinin son iki il ərzində sərgilədiyi daha təcavüzkar hərbi-siyasi doktrina, N.Paşinyanın "Qarabağ Azərbaycandır və nöqtə” kimi açıqlamaları, iyulda dövlət sərhədinin Tovuz rayonu bölgəsində törədilmiş təxribat, bu qəbildən digər təxribatçı bəyanat və addımların davamı olaraq Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı növbəti təcavüzə cəhd edib.

Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Mingəçevir, Gəncə, Bərdə və digər şəhər və rayonlarımızın sıx məskunlaşmış ərazilərinə artilleriya və qadağan olunmuş döyüş başlıqları daşıyan ballistik raket zərbələri endirməsi nəticəsində 70-dən çox mülki vətəndaşımızın həlak olması, 300-dən çoxunun isə yaralanması barədə məlumat verən diplomat ayrı-ayrı vaxtlarda üç dəfə elan edilmiş humanitar atəşkəsi pozmaqla törədilən bu hücumların müharibə və insanlıq əleyhinə cinayətlər olduğunu, Ermənistanın dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübuta yetirdiyini bildirib.

Ermənistanın münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədilə davamlı qaydada saxta xəbərlər yaydığını, hətta münaqişəni dini zəmində təqdim etməyə çalışdığını deyən səfir işğalçı dövlətin eyni məqsədlə münaqişə bölgəsindən aralıda yerləşən şəhərlərimizdən keçən və regionun inkişafında və Avropanın enerji təhlükəsizliyində vacib önəm daşıyan irimiqyaslı enerji və infrastruktur layihələrimizə də zərbələr endirməklə hədələdiyini vurğulayıb.

Azərbaycan Ordusunun hazırda mülki əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və işğal altındakı əraziləri azad etmək məqsədilə əks-hücum tədbirləri gördüyünü deyən M.Əhmədzadə ölkəmizin hər zaman danışıqlara hazır olduğunu, lakin N.Paşinyanın "münaqişənin diplomatik həlli yoxdur” deyə bəyanat verməsi və dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri total müharibəyə səsləməsinin qarşı tərəfin dialoq tərəfdarı olmadığını göstərdiyini bildirib.

Sonda regionda davamlı sülhə başlıca təhdidin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qalması olduğunu deyən təmsilçimiz, Ermənistanın BMT qətnamələrinə məhəl qoymamasının, beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və beynəlxalq sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplərinə hörmət etməməsinin bütün dünyada mənfi presedent yaranmasına səbəb ola biləcəyini söyləyib, bunun qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin işğalçı dövlətə təzyiq göstərməsi, ondan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməsini tələb etməsinin lazım olduğunu diqqətə çatdırıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM