22:12 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İmarət nənə: Nəinki biz, o yerləri görməyən nəvələrimiz də Papıya qayıtmağı səbirsizliklə gözləyirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:37 31.10.2020

Bir çox yaşayış məntəqələrimiz kimi, Cəbrayılın düşmən tapdağından azad edilən Papı kəndinin sakinlərinin də Vətən həsrətinə son qoyulur. İndi böyükdən-kiçiyə hər bir papılı öz doğma kəndinə qayıtmağı gözləyir.

AZƏRTAC xəbər verir ki, şanlı ordumuzun zəfər yürüşü zamanı Papının da azad olunması bu kəndin sakinlərinin hədsiz sevincinə səbəb olub. Uzun illərdir Biləsuvardakı qəsəbədə məskunlaşan Papı sakinləri bir an öncə doğma kəndlərinə qayıtmağı səbirsizliklə gözləyirlər.

Papı kənd sakini İmarət Şərifovanın ailəsinin qonağı olduq, sevinc hisslərini bölüşdük. İmarət nənə bildirib ki, yurdlarından didərgin düşsələr də, dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunublar: "Lakin 27 ildir ki, Vətən həsrəti ilə yaşayırdıq. Kəndimizin azad olunması sevinci bu illər ərzində çəkdiyimiz iztirabı bir anda sildi. Bizim cavanlığımız, gəncliyimiz Papıda keçib. Balaca kənd olmasına baxmayaraq, çox gözəl təbiətə malikdir. Müzəffər Ali Baş Komandanımıza və şanlı ordumuza təşəkkür edirik ki, bizə bu sevinci yaşatdılar. Nəinki biz, hətta o yerləri görməyən nəvələrimiz, yeniyetmələrimiz də öz ata-baba yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər”.

İmarət nənənin nəvələri də tezliklə Papıya yola düşməyi arzulayır, öz kəndlərində yaşamaq, oxumaq istəyirlər. Biləsuvarda anadan olan və doğma kəndləri haqqında ancaq nənəsindən, valideynlərindən eşidən Aysurə Həsənovanın da bir istəyi var. Qısa müddətdə doğma kəndə qayıtmaq. "Biz hətta işğaldan azad edilən Cocuq Mərcanlıya gedəndə kəndimizə yaxınlaşdığımız üçün sevinirdik. Lakin o torpaqları görə bilmədiyimizə görə, bu sevincimizi tam yaşayanmırdıq. Atam hər zaman kəndimiz haqqında danışanda, həsrətlə o yerləri düşünürdüm. İndi isə bu həsrət bitib, doğma kəndimizə gedəcəyəm, o yerlərin havasını udub, doyunca saf suyundan içəcəyəm”, - deyə Aysurə bildirib.

Nənənin digər nəvəsi Nihat Həsənovun da Papı ilə bağlı arzuları var: "Mən kəndimizi hər zaman atamın danışıqları ilə təsəvvürümdə canlandırmışam. İstəyirik ki, təhsilimizi doğma kəndimizdə davam etdirək. İnşallah, Cəbrayılda universitet də inşa olunar, böyüyəndə ali təhsilimi də orada alaram”.

Qeyd edək ki, Cəbrayıl rayonunun Papı kəndi şanlı ordumuzun əks-hücumu nəticəsində oktyabrın 21-də yağı düşməndən azad olunub.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM