Alternative content

01:44 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Noyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir
Noyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:49 31.10.2020

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin dağlıq rayonlarda yağış yağacağı proqnozlaşdırılır.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12°, ayın əvvəlində 16°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 millimetr) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10°, üçüncü ongünlüyün bəzi günlərində 0°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 2-7° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4° şaxta, gündüzlər 10-15°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7° isti ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 millimetr) olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5°, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüzlər 15-20°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 millimetr) olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6°, gündüzlər 19-24°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6° isti, dağlarda 0°-yə yaxın, gündüzlər 16-21°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 millimetr) olacağı ehtimalı var.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM