Alternative content

17:22 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər
Azərbaycan Parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər
ANA SƏHİFƏ / SİYASƏT
08:52 31.10.2020

Moldovada prezident seçkilərini izləmək məqsədilə Azərbaycan Milli Məclisinin deputatları bu ölkəyə səfər ediblər.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 30-da ölkəmizin Moldovadakı səfiri Qüdsü Osmanovun müşayiəti ilə MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Sabir Hacıyev, Rüfət Quliyev və Aydın Cəfərov Moldovanın Qaqauziya muxtar ərazisində seçki məntəqələrinə baş çəkib və səfər çərçivəsində Qaqauziya rəhbəri İrina Vlax və Qaqauziya Xalq Məclisinin sədri Vladimir Kıssa ilə görüşüblər.

İrina Vlax görüşdə bildirib ki, Qaqauziyada seçki məntəqələri səsverməyə tam hazırdır, məntəqələrdə seçki qanunvericiliyinin tələblərinə uyğun müvafiq şərait yaradılıb. "Biz çox şadıq ki, beynəlxalq müşahidəçilər Qaqauziyada yaradılan seçki mühiti ilə tanış olurlar”, - deyə İrina Vlax əlavə edib.

O, həmçinin bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bu siyasət davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa şəhərində mədəniyyət və təhsil mərkəzi inşa olunur. Qaqauziya rəhbəri göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.

Sonra MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitriy Kobiçkiyin iştirakı ilə deputatlar Komrat şəhərində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Milli Məclisin sədr müavini Adil Əliyev Ümummilli Liderin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yerindən söz açıb.

D.Kobiçkiy isə ulu öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışıb.

Bundan əlavə, deputatlar Qaqauziyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, gəclərimiz bu çətin günlərdə Azərbaycan xalqına və ordumuza dəstək olmaq məqsədilə Ali Baş Komandanın çağırışı ilə orduda xidmət göstərməyə hazır olduqlarını bildirib, bununla bağlı səfirliyimizə çoxsaylı məktublar göndərdiklərini deyiblər.

Deputat A.Əliyev vətənpərvər gənclərimizə təşəbbüslərinə görə təşəkkür edərək, yaxşı təhsil almağı tövsiyə edib, onların əsas vəzifəsinin Azərbaycan həqiqətlərinin Moldova ictimaiyyətinə çatdırılması olduğunu bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM