30 Oktyabr 2020 22:02
522
SİYASƏT
A- A+

Anar Eyvazov: Cəbhənin bütün istiqamətlərində vəziyyət ordumuzun nəzarəti altındadır


Ötən müddət ərzində humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarını, o cümlədən Gorus rayonu istiqamətindən Qubadlı rayonunun ərazilərini raket və artilleriya vasitələrindən atəşə tutub. Cəbhənin əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində hücuma keçməyə cəhd edən düşmən bölmələrinin qarşısı qətiyyətlə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 30-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, döyüş texnikası və canlı qüvvə baxımından xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib. Bərdə və Tərtər şəhərlərinə raket hücumları həyata keçirən düşmənin üç ədəd "Smerç” yaylım atəşli reaktiv sistemi və ermənilərin qondarma özünü müdafiə ordusu adlandırdıqları Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun komandan müavini, o cümlədən düşmənin xeyli sayda canlı qüvvəsi, "Qrad” yaylım atəşli reaktiv sistemi, "Osa” zenit raket kompleksi, P-18 radiolokasiya stansiyası, 2 ədəd "Qvozdika” özüyeriyən haubitsası, 10 ədəd artilleriya topu, piyada döyüş maşını, 3 ədəd tankı, 4 ədəd avtomobil texnikası və yeni istismara verilmiş raket-artilleriya silahları anbarı bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları çərçivəsində Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ümumilikdə 9 kəndi işğaldan azad edilib.

"Uğursuz fəaliyyətlərini gizlətmək məqsədilə müxtəlif dezinformasiyalar yayan düşmənin guya Azərbaycan Ordusuna aid silah anbarının və pilotsuz uçuş aparatının məhv edilməsi ilə bağlı məlumatları həqiqəti əks etdirmir. Hazırda cəbhənin bütün istiqamətlərində vəziyyət ordumuzun nəzarəti altındadır. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video