30 Oktyabr 2020 19:24
487
SİYASƏT
A- A+

Azərbaycanın Braziliyadakı səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onlayn mühazirəsi olub


Braziliyanın Parana əyalətinin "İSEPE” Universitetində siyasi elmlər namizədi, Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis Joao Xavierin təşkilatçılığı ilə səfir Elxan Poluxovun "Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr – beynəlxalq qanunvericilik” mövzusunda onlayn mühazirəsi olub.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, "Facebook” vasitəsilə yayımlanan mühazirəyə universitetin çoxsaylı müəllim və tələbələri və digər iştirakçılar qatılıb, səfirin təqdimatı ilə tanış olublar. Çıxışında E.Poluxov münaqişənin tarixi, hazırkı vəziyyəti, Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində törədilən erməni vəhşilikləri, erməni terrorçularının Azərbaycana və Türkiyəyə qarşı fəaliyyəti və döyüş zonasında muzdluların istifadə edilməsi məsələlərinə dair ətraflı məlumatlar verib. Səfir münaqişənin həllinə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdıraraq, beynəlxalq qanunvericiliyin norma və prinsiplərinin aliliyi, onlara hörmət və şərtsiz yerinə yetirilməsinin başlıca tələb olduğunu bildirib. O, 27 il BMT-nin 4 qətnaməsinə əməl etməyən Ermənistanın ölkəmizi bu məsələnin həllini öz üzərinə götürməyə məcbur etdiyini və müzəffər ordumuzun bunu yerinə yetirdiyini dinləyicilərin nəzərinə çatdırıb. Prezident, Ali Baş Kamandan İlham Əliyevin rəhbərliyi ilə bütün Azərbaycan xalqının səfərbər olaraq müstəqilliyimizin bərpasının ilk günlərindən ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli üçün apardığı mübarizənin qələbə ilə bitəcəyini vurğulayıb. Sonda E.Poluxov Braziliya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırıb və regionda gedən proseslərin elimi tədqiqatının aparılmasının vacib olduğunu deyib.

Öz növbəsində, J.Xavier uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi araşdırmalar apardığını və Azərbaycanın mövqeyinin beynəlxalq qanunvericiliyə əsaslandığını, tam ədalətli olduğunu söyləyib.

Sonda hər iki mühazirəçi çoxsaylı sualları, o cümlədən erməni izləyicilərin suallarını cavablandırıblar.

Tədbirin tam yazısı ilə bu linkdə tanış olmaq mümkündür: https://www.facebook.com/faculdadeisepe/.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video