Alternative content

14:34 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İzmirdə baş verən zəlzələ nəticəsində 30-40 kilometrlik seysmik xətt qırılıb
İzmirdə baş verən zəlzələ nəticəsində 30-40 kilometrlik seysmik xətt qırılıb
ANA SƏHİFƏ / DÜNYA
19:23 30.10.2020

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ ilə bağlı ölkənin Kandilli Rəsədxanasından ilk məlumat verilib.

AZƏRTAC xəbər verir ki, məlumatda Kandilli Rəsədxanasında yeraltı təkanların gücü 6,9 bal olaraq hesablanıb.

Qeyd edilib ki, zəlzələdən sonra indiyədək 21 afterşokun qeydə alındığı, bu afterşoklar 15 gün ərzində davam edəcəyi ehtimal olunur. Meydana gələn yeraltı təkanlar nəticəsində 30-40 kilometrlik seysmik xətt qırılıb. Egey bölgəsinin seysmik baxımdan həssas bölgə olmasına baxmayaraq bu ərazidə ən böyük zəlzələ 1912-ci ildə 6,5 bal gücündə qeydə alınıb.

Hadisə barədə məlumat verən İzmir valisi Yavuz Selim Kösger dağıntılar altında qalan vətəndaşların təxminən 70 faizinin çıxarıldığını bildirib.

Qeyd edək ki, artıq bildirdiyimiz kimi, İzmirdə baş verən zəlzələ ölkənin Marmara bölgəsində də hiss edilib. İstanbulun Avcılar bölgəsində zəlzələdən zərər çəkmiş bir binanın sakinləri təxliyə edilib.

Ölkənin Urla bölgəsində 4.1, Kuşadasında isə 4,8 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM