30 Oktyabr 2020 18:05
623
SİYASƏT
A- A+

Düşmən Ağcabədinin yaşayış məntəqələrini atəşə tutub


Oktyabrın 30-u səhər saatlarında Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Ağcabədi rayonunun Hacılar kəndinə gedərək sakinlərlə həmsöhbət olub. Kənd sakini Elçin Abbasov bildirib ki, düşmənin artilleriya atəşi nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir. Lakin bu sakinlərin əhval ruhiyyəsinə təsir etmir. Hər kəs ordumuzə güvənir, qələbənin yaxında olacağına inanır: "Hər gün kəndimiz atəşə tutulur. Bu gün səhər atılan mərmilər mənim, qardaşımın, bacımın və qonşumuzun evinə ziyan vurub. Lakin kəndimizdə həyat öz axarı ilə davam edir. Hər kəs öz işindədir".

Kamran İsmayılovun evinə və həyətinə bir neçə mərmi düşsə də o evini tərk etmir. "Bu günədək mənim həyətimə 3 mərmi düşüb. Səhər saatlarında mal-qaraya ot verən zaman kəndimiz yenə atəşə tutuldu. Mərmilərdən biri də mənim evimin üstünə düşərək partladı. Bütün bunlar ermənilərin vəhşiliyinin, barbarlığının göstəricisidir. Döyüş meydanında ordumuzun qarşısında tab gətirə bilmirlər. Əvəzinə dinc sakinləri atəşə tuturlar", - deyə o qeyd edib.

Məhəbbət Abbasov isə deyib: "Bu gün səhər düşmənin atəşindən qardaşımın evinə də ziyan dəyib. Görürsünüz, mərmi həyətə düşüb, ev, yardımçı bina nə vəziyyətdədir. Çardaq aşıb, hasar uçub. Lakin düşmənin insanlığa sığmayan bu əməlləri bizi qorxutmur. Çünki biz öz torpağımızdayıq, kəndimizdəyik. Hər zaman ordumuzun arxasındayıq. Əgər ehtiyac olarsa mən də bu yaşımda düşmənə qarşı savaşa hazıram".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video