30 Oktyabr 2020 18:04
406
SİYASƏT
A- A+

Faşist ideologiyasının daşıyıcıları üzərində qazanacağımız Qələbənin məşəli mütləq alovlanacaq


Sentyabrın 27-dən etibarən ordumuzun qarşısında diz çökən təcavüzkar Ermənistan ordusu döyüş bölgəsindən çox-çox uzaqda yerləşən şəhərlərimizi, kəndlərimizi raket atəşinə tutmaqla hər kəsdə erməni faşizminə qarşı daha böyük nifrət yaradır. Bu gün bütün dünya Xocalı faciəsini törədənlərin və onların davamçılarının növbəti vəhşiliklərinin canlı şahidi olur. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı və onun nəticələri dövlətimizin, ordumuzun, xalqımızın əzəmətini göstərir. Ermənistan ordusunun isə ancaq mülki şəxslərə "gücü” çatması, onları qətlə yetirməsi ermənilərin vəhşi, cılız, miskin vəziyyətini bir daha gözlər önünə gətirir, faşizm ideologiyasının bu ölkəyə hakim kəsildiyini bir daha təsdiq edir.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Dövlət Universitetinin İngilis dili və tərcümə kafedrasının baş müəllimi Tehranə Xudaverdiyeva deyib. O bildirib ki, Ermənistanın humanitar atəşkəsə əməl etməməsi, hətta öz əsgər və zabitlərinin meyitlərinə sahib çıxmaması bu ölkəni idarə edənlərin, ümumiyyətlə, bu xalqın nə qədər duyğusuz, nadan, səviyyəsiz, qəddar, vəhşi olduğunu göstərir. 500 min əhalisi olan Gəncəyə, 100 min əhalisi olan Bərdəyə və Mingəçevirə, Tərtərə və digər yaşayış məntəqələrimizə raket zərbələri endirənlərin məqsədi növbəti soyqırımı həyata keçirməkdir. İki gün öncə ermənilərin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfərin həlak olması, 70-dən çox insanın yaralanması da bunun növbəti sübutudur. Belə çıxır ki, ermənilər müasir dünya sivilizasiyasından kənarda qalıblar və onlar hələ də mağara təfəkkürü ilə yaşayan millətdirlər. Erməni xalqı görün nə qədər vəhşidir ki, Azərbaycanda südəmər körpələrin, məktəb yaşlı məsumların, köməksiz yaşlıların, qadınların ölümü xəbərlərini eşidəndə sevinir, toy-bayram edirlər. Bu gün Artur və onun özləri kiçik, ürəkləri böyük həmyaşıdları, o cümlədən Anar və Nurçin Əlizadələr bu vəhşiliyin şahidləridirlər. Mənəviyyatsız olduqları qədər də qatil və barbar olan vəhşilərin insanlığa sığmayan hərəkətləri nəticəsində bəzi ailələrin bütün üzvləri həlak olur, körpələr atasız-anasız qalır. Biz bu faciələri yaşasaq da bilirik ki, bu gün erməni vəhşiliyi nəticəsində yetim qalan körpələr sabah valideynlərinin və Vətənin adına layiq övlad olacaq və dövlətimizin düzgün siyasəti, ordumuzun döyüş əzmi sayəsində heç bir günahsız insanın qanı yerdə qalmayacaq.

"Prezidentimizin qətiyyəti, ordumuzun qüdrəti bizə Qələbənin yaxın olduğunu deməyə əsas verir. Dağlar qədər əzəmətli olan ordumuzun qazandığı zəfərlər bizi daha da ruhlandırır. Əminik ki, yaxın günlərdə Azərbaycan bayrağı Şuşada, Laçında, Xankəndində dalğalanacaq”, - deyən Tehranə Xudaverdiyeva bildirib ki, bu gün hər bir azərbaycanlı ordumuzun haqq-ədalət uğrunda apardığı Vətən müharibəsində qazanılan uğurlara görə qürur hissi keçirir. Bu gün Ümummilli Liderimizin "Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı dillərdə daha gur səslənir. Bu gün bütün xalqımızın qəlbi döyüşən əsgər və zabitlərimizlə birgə döyünür. Qələbə müjdəsini həsrətlə gözləyir. Çünki haqq yandıran çırağı heç kəs söndürə bilməz. Bizim Qələbə məşəlimiz də mütləq alovlanacaq və onu heç kim söndürə bilməyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video