Alternative content

08:33 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hesablama Palatası xarici həmkarlarını Bərdədə törədilmiş erməni terroru barədə məlumatlandırıb
Hesablama Palatası xarici həmkarlarını Bərdədə törədilmiş erməni terroru barədə məlumatlandırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:25 30.10.2020
 
Hesablama Palatası xarici ölkələrdə fəaliyyət göstərən ali audit orqanları və bu orqanların beynəlxalq təşkilatlarını son günlərdə Bərdə şəhərinə edilmiş xain hücumlar barədə məlumatlandırıb.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatda Azərbaycan Respublikasının BMT və dünya ölkələri tərəfindən tanınan suveren ərazisinin 20 faizini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistanın yeni ərazilərin istila olunması arzusunu reallaşdırmaq istəyinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən əks-hücum əməliyyatlarına başlanılması, aparılan uğurlu əməliyyatların nəticəsi olaraq işğal edilən ərazilərin bir hissəsinin azad olunması əks etdirilib. Eyni zamanda, xarici həmkarlara Ermənistan silahlı qüvvələrinin döyüş meydanında məğlubiyyətlərinin əvəzini dinc əhalidən çıxmaq cəhdləri, hərbi əməliyyatların aparıldığı ərazilərdən çox uzaqda olan şəhərlərin çox zaman Ermənistan respublikasının ərazisindən atəşə tutulması barədə məlumat verilib.

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutması, Bərdə şəhərinə xaincəsinə və qadağan olunmuş silahlarla edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla 21 mülki şəxsin həlak olması və 70-dən çox insanın ağır yaralanması diqqətə çatdırılıb. Məlumatda hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınmasının Ermənistanın terrorçu mahiyyətini bir daha nümayiş etdirməsi, düşmən ölkə tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və bu cinayətə görə ölkənin baş naziri və müdafiə naziri də daxil olmaqla Ermənistan rəhbərliyinin tam şəkildə məsuliyyət daşıdığı bildirilib.

Məlumat Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın (Ali Audit Qurumlarının Avropa Təşkilatı), ASOSAI-ın (Ali Audit Qurumlarının Avropa Təşkilatı), ECOSAI-ın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatı) prezidentlikləri və baş katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin ayrı-ayrı ölkələrin ali audit orqanlarına təqdim edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM