Alternative content

13:30 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV KOBİA-nın rəhbərliyi Ermənistanın təxribatından zərərçəkmiş Bərdə sahibkarları ilə görüşüb
KOBİA-nın rəhbərliyi Ermənistanın təxribatından zərərçəkmiş Bərdə sahibkarları ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:21 30.10.2020
 
Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sahibkarlara dəymiş zərərlə yerində tanış olmaq məqsədilə oktyabrın 30-da qurumun idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Vergi Xidmətinin Baş idarə rəisi, Vergi ombudsmanı Elçin Məmmədov və hər iki qurumun məsul əməkdaşları Bərdə şəhərində olublar.

Sahibkarlarla keçirilmiş görüşdə qeyd edilib ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdənin əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazini raket atəşinə tutması nəticəsində ilkin məlumatlara əsasən, ticarət, ictimai iaşə və xidmət sahələrində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyektinə ziyan dəyib. Bildirilib ki, Ermənistanın Bərdə şəhərinə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var. Hadisə baş verdiyi gündən KOBİA-nın yerli nümayəndələri tərəfindən sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi və onlara ilkin dəstəyin göstərilməsi üçün müvafiq tədbirlər görülür.

Ümumilikdə isə indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-dək sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlər əsasən, ölkənin 9 şəhər və rayonunu, o cümlədən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edir. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı bölgələrlə yanaşı, cəbhədən kənarda yerləşən rayon və şəhərləri atəşə tutması nəticəsində sahibkarlıq subyektlərinin fəaliyyəti ya tamamilə dayanıb, ya da onlar əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər. İlkin hesablamalara görə, sahibkarlara dəymiş ziyan milyonlarla manat həcmindədir.

Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə KOBİA tərəfindən müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM