Alternative content

07:01 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kamran Əliyev: Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb
Kamran Əliyev: Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:20 30.10.2020
 
Sentyabrın 27-dən oktyabrın 30-dək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanmaqla istintaq olunur. Bu cinayət işlərindən 45-nin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır. Onlardan 39 cinayət işi raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji obyektlərə vurulması, 5-i muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi, 1-i isə tarixi abidələrin məhv edilməsi və ekologiyaya qarşı cinayətlərlə bağlıdır. Ümumilikdə muzdluların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarlarla bağlı 3 cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin Baş istintaq idarəsi, 4 cinayət işi isə Hərbi Prokurorluq tərəfindən istintaq olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 30–da Baş Prokurorluqda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə məlumat verib.

Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində indiyədək mülki şəxslərdən 91 nəfər həlak olub, 400 nəfər isə xəsarət alıb. Həlak olmuş dinc sakinlərin 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişi, 15-i ahıl şəxsdir. Yaralanlardan isə 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 249-u kişi, 45-i ahıl şəxsdir. Yaralananlardan 43-nün vəziyyəti ağır, 357-sinin vəziyyəti isə sabitdir. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2442 ev, 92 çoxmənzilli yaşayış binası və 428 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd olunub ki, döyüş meydanında məğlub olaraq geri çəkilən düşmən cəbhə xəttindən onlarla kilometr məsafədə yerləşən Gəncə (100 km), Mingəçevir (80 km), Bərdə (50 km), Qəbələ (150 km) şəhərlərini, Bakı-Tbilisi-Ceyhan (80 km), Bakı-Novorossiysk (250 km) neft kəmərlərini və Oğuz-Qəbələ-Bakı (150 km) su kəmərini də atəşə tutub. Bu ərazilər döyüş bölgəsində yerləşmir və həmin ərazilərdə hər hansı hərbi obyekt yoxdur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM