Alternative content

08:32 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazir: Beynəlxalq ictimaiyyət Ermənistanı müharibə cinayətlərinə görə sərt şəkildə qınamalıdır
Nazir: Beynəlxalq ictimaiyyət Ermənistanı müharibə cinayətlərinə görə sərt şəkildə qınamalıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:19 30.10.2020
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Bilal Haye arasında görüş keçirilib. Nazir B.Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı R.Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə danışıb. O, həmçinin Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə kasetli bombalarla endirdiyi zərbələr nəticəsində mülki əhali arasında itkilər və mülki infrastruktura dəyən ziyan barədə məlumat verib.

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, Gəncə və Mingəçevir şəhərlərinə, o cümlədən münaqişə zonasından xeyli aralıda yerləşən Xızı və Abşeron rayonlarına ballistik raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 dinc sakin həlak olub, 400 mülki şəxs yaralanıb, 3 mindən artıq mülki infrastruktura ziyan dəyib.

R.Quluzadə qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, onu bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Səfir B.Haye Azərbaycanın haqlı mövqeyinin hər zaman Pakistan tərəfindən dəstəkləndiyini, bundan sonra da bu dəstəyin davam edəcəyini bildirib.

Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM