Alternative content

15:16 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ÜST: Pandemiyanın episentri yenidən Avropaya keçib
ÜST: Pandemiyanın episentri yenidən Avropaya keçib
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:56 30.10.2020

Son yeddi gün ərzində Avropada epidemiyanın başladığı vaxtdan bəri yeni COVID-19-a yoluxma hallarının həftəlik sayının ən yüksək olması qeydə alınıb. İki həftə ərzində yoluxanların sayı artaraq 7 milyondan 9 milyona çatıb, bu gün isə 10 milyonu keçib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe xəbərdarlıq edib ki, pandemiyanın episentri yenidən Avropaya keçib.

AZƏRTAC BMT-nin xəbərlər saytına istinadla bildirir ki, doktor Hans Klyuqe region ölkələrinin səhiyyə nazirlərinin təcili müşavirəsində çıxış edib. Onun sözlərinə görə, Avropa ölkələrinin üçdəbir hissəsində COVID-19-la əlaqədar xəstəxanalara gətirilənlərin sayı yazdakı göstəricilər səviyyəsinə çatıb və əhalinin hər 100 min nəfərinə 10 xəstə düşüb. Ölüm hallarının sayı ötən həftə ilə müqayisədə 32 faiz artıb. Doktor Klyuqe deyib: "Ölüm hallarının ümumən artması barədə həyəcanlı xəbərlər alırıq”.

COVID-19 üçün laboratoriya tədqiqatları məqsədilə yaradılmış sistemlər artmış gərginliyə davam gətirmir. Avropa ölkələrinin əksəriyyətində analizlərin müsbət nəticələrinin səviyyəsi 5 faizə çatıb. Hans Klyuqe vurğulayıb: "Küy-kələkçi kimi görünmək istəməzdim, lakin dərin narahatçılıq keçirdiyimi etiraf etməliyəm. Eyni zamanda, sizi dəstəklədiyimə əmin ola bilərsiniz”.

Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə belə bir sual yaranır: tam təcrid rejimini yenidən tətbiq etmək lazımdırmı və hansı hallarda ifrat tədbirlərə əl atmaq lazımdır. Doktor Klyuqe sözünə davam edərək bildirib ki, bu cür tədbirlər səmərəlidir, lakin onlar bəzən xoşagəlməz nəticələrə gətirib çıxarır – psixoloji yardıma ehtiyac, evdə zorakılıq hallarının sayı artır, xroniki xəstəlikləri olan insanlar həkimə müraciət edə bilmir, nəticədə onlar vaxtsız vəfat edirlər.

Doktor Klyuqe maliyyə çətinliklərini, sosial müavinət üçün müraciətlərin sayının və dövlət büdcəsinə düşən yükün artmasını da xatırladıb. O vurğulayıb: "Bu reallığı nəzərə alaraq hesab edirik ki, milli səviyyədə karantin tətbiq edilməsi ən ifrat tədbir olmalıdır. Bu tədbirə əl atmazdan əvvəl öz effektivliyini təsdiqləmiş elementar vasitələrdən istifadə etmək lazımdır”.

Məsələn, mütəxəssislərin hesablamalarına görə, ümumi maska rejimi, əhalinin 95 faizinin ictimai yerlərdə ağzını və burnunu örtməsi gələn il fevralın 1-nə qədər ÜST-nin Avropa regionuna daxil olan 53 ölkənin 255 min sakininin həyatını xilas etməyə imkan verər. Məsafədən iş və insanların kütləvi şəkildə toplaşmasının qadağan edilməsi də xəstələnmə hallarının sayını və ölüm hallarının səviyyəsini azaltmağa kömək edər.

Digər tərəfdən, ÜST ekspertləri hesab edirlər ki, uşaqlar və yeniyetmələr infeksiyanın əsas daşıyıcıları deyil, buna görə də məktəbləri yalnız ən ifrat hallarda bağlamaq lazımdır. Ekspertlər pandemiya ilə bağlı əsas məsələlərin həllinə əhalinin daha fəal cəlb olunmasını təklif edirlər. Bu halda hər hansı tədbirlərin səmərəliliyi ilə bərabər belə addımların mənfi nəticələrini də qiymətləndirmək lazımdır.

ÜST-də tibb işçilərinin və bütövlükdə səhiyyə sisteminin də qeydinə qalmağı tövsiyə edirlər. "Tibbi heyət öz imkanlarının son həddində işləyir”, - deyə xəbərdarlıq edən doktor Klyuqe səhiyyə sistemlərinin işini mövcud resurslara uyğunlaşdırmağı təklif edib. Məsələn, yoluxmuş insanın kontaktda olduğu adamların hamısını aşkar etmək mümkün deyilsə, bu halda əsas diqqəti çoxlu sayda insanın toplaşdığı və kütləvi yoluxmaların mənbəyinə çevrilmiş tədbirlər üzərində cəmləşdirmək lazımdır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM