23:38 13 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyənin sabiq Baş Naziri Məsud Yılmaz vəfat edib
ANA SƏHİFƏ / DÜNYA
12:55 30.10.2020

Türkiyənin sabiq Baş Naziri Məsud Yılmaz İstanbulda müalicə aldığı xəstəxanada 73 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, M.Yılmaz təxminən iki ildir ağciyər xərçəngi və digər xəstəliklərdən əziyyət çəkirdi.

1983-cü ildə Türkiyənin Rizə vilayətindən deputat seçilən M.Yılmaz 1986-1990-cı illərdə Türkiyənin Xarici İşlər naziri, Mədəniyyət və Turizm naziri, 1997-1999-cu illərdə Baş Nazir vəzifələrini icra edib.

Məsud Yılmaz İstanbulda dəfn ediləcək.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM