Alternative content

03:35 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:30 27.11.2020 İLHAM ƏLİYEV HÜNƏRİ
01:17 27.11.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 540 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
01:03 27.11.2020 Özün də yanacaqsan
01:01 27.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? – Təhlil
İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? – Təhlil
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:50 30.10.2020

Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan Ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar edir, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərki həsrətinə son qoyulur.

Hər gün yeni torpaqların işğaldan azad olunması ilə bağlı xoş müjdələrin gəldiyi bir vaxtda 27 il Azərbaycandan ayrı düşmüş, adları hər bir azərbaycanlının yaddaşında hifz olunan bu ərazilərin iqtisadi potensialı barədə yazmaq zamanı artıq yetişib. Əlbəttə, bu ərazilərin azərbaycanlılar üçün tarixi-mədəni əhəmiyyəti hər hansı iqtisadi dəyərlərdən qat-qat yüksəkdir. Son hadisələr də məhz buna dəlalət edir.

AZƏRTACİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mövzu ilə bağlı şərhini təqdim edir.

Sirr deyil ki, 2020-ci il bütün dünya ölkələri üçün çətin keçir. Pandemiya, dünya iqtisadi böhranı əksər ölkələrin iqtisadi durumuna ciddi təsirlər göstərib, ölkələr planlaşdırdıqları irimiqyaslı siyasətləri təxirə salmaq, xərclərini tarazlamaq məcburiyyətində qalıb. Lakin, Azərbaycan dövləti və xalqı hər hansı iqtisadi, sosial və səhiyyə çətinliklərinə, müharibənin gətirdiyi maddi ziyanlara, çoxsaylı və çoxçeşidli maliyyə xərclərinə baxmayaraq, özünə qarşı edilmiş təcavüzə sipər gəlib və torpaqların azad edilməsi üçün əks-hücum əməliyyatına başlayıb.

Bu, bir daha Azərbaycan dövləti üçün tarixi-mədəni dəyərlərin və həqiqətlərin ali olduğunu nümayiş etdirir. Bununla belə, işğaldan azad olunan ərazilərin tarixi-mədəni dəyəri ilə yanaşı, zəngin iqtisadi potensialı da mövcuddur. Bu ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası ilə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin çəkdiyi və bundan sonra da tərəddüdsüz və xüsusi fiskal gərginlik yaşamadan çəkəcəyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcək.

Bəs işğaldan azad olunan ərazilərin iqtisadi potensialı nədən ibarətdir? İşğal olunmuş ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunub və işğal tarixindən bu günədək talançılıq, qeyri-səmərəli istismar nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. Bu səbəbdən, gələcək bərpa işləri ümumi infrastrukturun (yollar, qaz, su, elektrik enerjisi, rabitə) və ilkin yaşayış şəraitin qurulmasından başlamalı və sonrakı mərhələdə isə iqtisadi inkişaf layihələrinə keçilməlidir.

Regionun təbii landşaftı və turizm potensialı

İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılıb. İşğal edilən Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi təxminən 246,7 min hektardır, o cümlədən 13 min 197 hektarı qiymətli meşə sahələridir. Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılıb ki, bunun da 42 min 997 hektarı erməni işğalçılarının tapdağı altındadır.

Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədilə Kiçik Qafqazın işğal altında olan ərazilərində vaxtilə bir sıra qoruq və yasaqlıqlar təşkil olunub. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində bu günlərdə işğaldan azad edilmiş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılıb. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt Şərq çinarıdır. Çayboyu çinar meşəliyi 12 kilometr məsafədə uzanır. Burada bitən ağacların yaşı 500 ilə çatır və Şərq çinarı "Qırmızı kitab"a daxil edilib.

Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilib. Sahəsi 21,4 min hektardır. Yasaqlıqda dağ keçisi, cüyür, çöl donuzu, turac, kəklik mühafizə olunurdu. Eyni zamanda, Dağlıq Qarabağda yerləşən Şuşa şəhərinin füsunkar təbiəti də turizm baxımından əlverişlidir. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən xarı bülbül Qarabağın rəmzi hesab olunur.

Sənaye potensialı

Sovet dövründə Dağlıq Qarabağ düzən Qarabağla və Azərbaycanın digər iqtisadi rayonları ilə sıx iqtisadi əlaqədə inkişaf edib. Bütün istiqamətlərdə keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlayıb. Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması və digər Azərbaycan rayonlarından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaradıb. Uzun illərdən bəri Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdi, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi.

1985-ci ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi 8 faizi Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92 faizi isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0,3 faizi, idxalının isə 1,4 faizi Ermənistanın payına düşdüyü halda, Azərbaycana onun ixracının 33,3 faizi düşürdü.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi vaxtilə birbaşa Azərbaycan dəmir və şose yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sisteminə sıx bağlanıb. Xankəndindən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 kilometrdir. Regionun gələcək inkişafında bu çox vacib amildir və infrastruktur layihələr sovet vaxtı mövcud olan nəqliyyat logistikasının xəritələrindən istifadə edə bilər. Təbii, zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat-kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində hazırda dağıdılmış və bərbad vəziyyətdədir.

Bu məqalədə zonanın sənaye potensialına 4 bucaqdan baxılır, mövcud olan digər inkişaf aspektləri isə gələcəkdə daha böyük tədqiqatlarla açıqlanacaq. Beləliklə, ilkin baxışda zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkanları və zəngin faydalı qazıntılar azad olunan ərazilərin sənaye potensialının karkasını təşkil edir.

Su təchizatı imkanları

Bütün dünyada iqlim dəyişikliyi və onun nəticəsində su qıtlığı ən aktual problemlərdən biridir. Su qıtlığı Azərbaycan üçün də önəmlidir. Sirr deyil ki, ölkənin su ehtiyatları obyektiv coğrafi səbəblərdən daha kasaddır və əsas mənbələr qonşu ölkələrdədir. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası fəaliyyət göstərir.

Bu kontekstdə azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. "Sərsəng” su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, Ağdərə (hazırda Tərtər) rayonu ərazisində inşa edilib. Onun ümumi sututumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 metrdir. "Sərsəng” su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir.

"Sərsəng” su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, işğal zonasında "Sərsəng” su anbarından başqa ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da qalıb. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər.

Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən "Xudafərin” su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə 1,6 milyard kubmetrdir.

Həmçinin regionda 11 yeraltı şirin su mənbəyinin yerləşdiyi ehtimal edilir. Digər ölçü ilə bu 1 milyon 968 min kubmetr/gün yeraltı şirin su təchizatı deməkdir.

Elektrik enerjisi resursu

Regionun əsas elektrik enerjisi istehsalı su yığımı və təchizatı areallarına təsadüf edir. Söhbət təbii ki, "Sərsəng” və "Xudafərin” su elektrik stansiyalarından (SES) gedir.

"Sərsəng” SES və ya digər adı ilə "Tərtər” SES 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə (indiki Tərtər) rayonu ərazisində inşa edilmiş su elektrik stansiyasıdır. Hər birinin gücü 25 meqavat olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası hazırda qeyri-qənaətbəxş vəziyyətdədir. Stansiyada təmir bərpa işləri aparıldıqdan sonra, istehsal gücü daha da artırıla və ətraf rayonların elektrik enerjisinə tələbatının ödənilməsinə yönəldilə bilər.

"Xudafərin” SES isə Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Belə ki, 2016-cı ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Araz üzərində elektrik stansiyalarının ümumi gücü 280 meqavata çata bilər. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı gətirə bilər.

Aydındır ki, "Sərsəng” və "Xudafərin” SES-ləri ətraf rayonların enerji təminatının yaxşılaşdırılmasında, azad edilmiş ərazilərin bərpa edilməsində aktiv istifadə ediləcək. Ümumilikdə isə bu elektrik stansiyalarının ölkənin enerji sisteminə qatılması güclərin artırılması ilə yanaşı, mənbələrin coğrafi diversifikasiyası, yəni Abşeron, Şirvan və Mingəçevir üzərindən yüklərin azaldılması, həmçinin alternativ (bərpaolunan) enerji istehsalının ümumi istehsalda payının artırılması deməkdir.

Sənaye rekreasiya imkanları

Ehtimal edilir ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6 faizi işğal altında olan rayonların payına düşür. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Digər ölçü ilə bu 7805 kubmetr/gün mineral su təchizatı deməkdir.

Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 kilometrlik məsafəsində yerləşir. Turşsu vasitəsilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsilə Şuşa şəhərinə su verilirdi.

Beləliklə, regionun mineral su ehtiyatı içki sənayesində yeni emal güclərinin, içki sənayesi/turizm/rekreasiya üçbucağında müasir habın təşkil edilməsinə şərait yarada bilər.

Yeyinti sənayesi potensialı

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ümumilikdə 1,7 milyon hektar ərazisi işğal olunub. Bu torpaqların əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır. Həmin məhsulların emalı yeyinti sənayesində yeni güclərin yaranmasına, etibarlı təchizat bazasının formalaşdırılmasına imkan verəcək.

Faydalı qazıntı/xammal imkanları

İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, bir perlit, bir obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və sair) yataqları yerləşir.

Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və sair yataqlarda aşkar edilib.

Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon kubmetr mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min kubmetr üzlük daşı, 23 milyon 243 min kubmetr gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898,4 ton civə, 4 milyon 473 min kubmetr perlit, 2 milyon 144 min kubmetr pemza, 129 milyon 833 min kubmetr soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və sair iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar olunub.

Regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılıb. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənib. Burada istismara hazır olan filiz ehtiyatları vaxtilə öyrənilib. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və digər yataqlardadır. Həmçinin, iri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovda yerləşir.

Aşağıdakı cədvəldə işğal olunmuş rayonlar üzrə ayrı-ayrılıqda hansı faydalı qazıntıların olduğu verilir:

Rayonun adı

Faydalı qazıntı növü

Ağdərə

qızıl, qurğuşun, sink, mis, mişar daşı, gəc

Şuşa

üzlük daşı, gil, tikinti daşı

Xocalı

gil, üzlük daşı, qum-çınqıl

Xocavənd

üzlük daşı, tikinti daşı

Kəlbəcər

qızıl, civə, mişar daşı, gil, perlit, qum-çınqıl, tikinti daşları, üzlük daşları, əlvan daşlar (obsidian, oniks, pefritoid, listvenit)

Laçın

civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad

Qubadlı

mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı

Zəngilan

qızıl, gümüş, üzlük daşı, əhəng daşı, gil, tikinti daşı, qum-çınqıl

Cəbrayıl

mişar daşı, gil, qum, sement, gəc, tikinti daşı, kips, ahhidrid, pemza, vulkan külü, əlvan daşlar (yəşəm, xalsədan)

Füzuli

mişar daşı, gil, qum-çınqıl

Ağdam

mişar daşı, üzlük daşı, sement xammalı, gil, qum-çınqıl

Təbii ki, yuxarıdakı faydalı qazıntılarla bağlı məlumatlar müəyyən mənada nisbi xarakter daşıyır və növbəti mərhələdə bütün yataqların qiymətləndirilməsi aparılmalı, sovet dövrünə aid rəqəmlər dəqiqləşdirilməlidir. Nəzərə alınmalıdır ki, ötən 30 il ərzində ərazilər talançılığa məruz qalıb. Həmçinin yeni qiymətləndirmə üsulları meydana gəlib və regionun faydalı qazıntılarla bağlı yeni geoloji xəritəsi hazırlanmalıdır.

İlkin baxışda faydalı qazıntıların gələcək istismarı 3 blokda aparıla bilər: əlvan metallar və onların metallurgiyası, tikinti materialları və nadir metallar. Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyat üçün xas olan sahələrdir və mövcud ehtiyatlar bu sahələrdə yeni güclərin yaranmasına imkan verəcəkdir. İşlərin görülməsi zamanı sovet vaxtında bu sahələrdə aparılmış tədqiqatlar və ilkin infrastruktura (mövcudluğundan asılı olaraq) əsaslanmaq olar. Əlavə olaraq, yüksək texnologiyalarda geniş istifadə olunan nadir metalların regionda mövcudluğu ilə bağlı araşdırmalar və geoloji işlər aparıla bilər.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM