Alternative content

07:27 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Haqq dünyasına köçən arzu
Haqq dünyasına köçən arzu
ANA SƏHİFƏ / SİYASƏT
01:38 30.10.2020


Erməni terrorunun qurbanı olan 15 yaşlı Nigar həkim olmaq istəyirdi


Nigar xoşbəxt yaşayırdı. Ailənin böyüyü olan bu yeniyetmə balamız ata-anasının bir sözünü iki etməzdi. Ondan məktəbi bitirəndən sonra hansı ixtisası seçəcəyini soruşanda fikirləşmədən "həkim olacağam” deyirdi.

Bu arzusunu gerçəkləşdirmək üçün müəllimlərinin verdiyi tapşırıqları böyük həvəslə yerinə yetirirdi. Oxuduğu hər mövzuya dərindən yiyələnir, hətta yeri gələndə sinif yoldaşlarına da kömək göstərirdi. Bütün fənlərdən yüksək qiymətlər alması Nigarın universitetə daxil olmaq arzusunu gündən-günə gerçəkləşdirirdi. Cəmi bircə il qalmışdı. Hərdən ailəsində söhbət düşəndə darıxdığını, bu bir ilin də tez keçməsini arzuladığını bildirirdi.

Ancaq oktyabrın 17-də gecə saatlarında erməni vandallarının Gəncəyə ikinci dəfə atdıqları raket bir çoxları kimi Nigarın da arzusunu ürəyində qoydu. Raketlər şəhərdə böyük dağıntılar törətdi, düşdüyü yerin ətrafında demək olar ki, nə qədər ev vardısa, hamısı yerlə-yeksan oldu.

Hadisədən bir qədər sonra məlum oldu ki, bu qətliamda ailə üzvlərini itirənlərdən biri də Rövşən Əsgərovdur. Dağıntı zamanı Rövşənin atası Suliddin kişi, qardaşı Bəxtiyar, bacısı Sevil və onun 10 aylıq körpəsi Narin, eləcə də böyük bacısının qızı - 15 yaşlı Nigar faciənin qurbanı oldular. Rövşən özü dağıntılar altından yüngül xəsarətlə çıxarılsa da, ağır yaralanan anası ilə 15 yaşlı oğlunu xəstəxanaya yerləşdirdilər.

Biz Nigarın təhsil aldığı 29 nömrəli tam orta məktəbdə olduq. Partlayışın dalğası o qədər güclü olmuşdur ki, məktəbə də xeyli ziyan dəymişdir. Bunu elə məktəbin giriş qapısında hiss etdik. Qapı-pəncərələr tökülmüş, içəridəki əşyalar tamamilə yararsız vəziyyətə düşmüşdü.

Bizi məktəbin direktoru Valeh Hüseynov qarşıladı. Ermənilərin raket hücumu nəticəsində dünyasını dəyişən 10-cu sinif şagirdi Nigar Əsgərova haqqında ətraflı məlumat almaq istədiyimizi bildirdik. Direktor masanın üstünə bir neçə sənəd qoydu və ilk sözü bu oldu ki, Nigar bizim əlaçı şagirdlərimizdən idi: "O, əlaçı olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçı idi. Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edirdi. Bir sözlə, Nigar bizim fəxrimiz idi”.

Nigarın 9-cu sinfi bitirməsi barədə ümumi orta təhsil haqqında attestatının surətini nəzərdən keçirdik. Bütün fənlər üzrə qiymətlər 4 və 5 idi. Sinif rəhbəri Bəsti Cəfərova dedi ki, belə işgüzar və bacarıqlı şagirdlər az-az olur: "Siniflə bağlı nə olurdusa Nigara tapşırırdım. Tapşırığı yüksək səviyyədə yerinə yetirirdi. Onun ölümü məni çox sarsıdıb”.

Sonra Nigarın tarix müəllimi Aybəniz Süleymanova, riyaziyyat müəllimi Zümrüd Süleymanova və coğrafiya müəllimi Elgiz Hüseynovla söhbət etdik. Bildirdilər ki, bütün müəllimlər mehriban və işgüzarlığına görə onunla həmişə fəxr ediblər.

Onu da qeyd edək ki, terror zamanı 29 nömrəli tam orta məktəbin Nigardan savayı bir neçə şagirdi də yaralanıb. Onlardan biri Nigarın əmisi oğlu Amindir. O da partlayış zamanı dağılan evlərin altında qalıb. Xilasedicilərin köməyi ilə dağıntılar altından çıxarılan 6-cı sinif şagirdi hazırda xəstəxanada müalicə olunur. Məktəbin kollektivi, eləcə də sinif yoldaşlarının valideynləri bir neçə dəfə onu ziyarət ediblər.

Məktəbin birinci sinif şagirdi Məryəm Xəlilli və qardaşı - 6-cı sinif şagirdi Orxan Xəlilli isə Nigarın taleyini yaşayıblar. Onlar da erməni vəhşiliyinin qurbanı olublar, dağıntılar altında qalaraq həyatlarını itiriblər. Onlardan başqa, erməni terroru bu il məktəbi bitirən Ləman Qəhrəmanovanın da həyatına son qoyub.

Biz məktəbə yaxın ərazidə yaşayan və 10 il Nigarla bir sinifdə təhsil alan bir neçə şagirdlə də görüşdük. Onunla rəfiqə olmuş Nəzrin Nigar haqqında, onun necə qayğıkeş olması barədə danışdı. Sonra da əllərini üzünə qapayıb ağladı. Nigarla eyni sinifdə təhsil alan Firəngiz Cəfərli, İnci Mustafayeva da rəfiqələri haqqında ağızdolusu danışdılar və onu itirməklə həyatlarında bir boşluq yarandığını söylədilər.

Gəncəyə atılmış raket zərbəsi beləcə onlarca körpənin, yeniyetmənin həyatını yarımçıq qoydu. Kim bilir, bu uşaqlar hansı arzularla, amallarla yaşayırmışlar. Lakin məkrli düşmən bu arzuları onlara çox gördü.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM