Alternative content

07:44 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Paşinyan qətliamı”
“Paşinyan qətliamı”
ANA SƏHİFƏ / SİYASƏT
01:36 30.10.2020


Bərdə şəhərində Ermənistanın mülki əhalini hədəfə alması Türkiyə mediasının gündəm mövzusudur 


Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları ilə yanaşı, terrorçu Ermənistanın Bərdə şəhərini raketlə vurması Türkiyə KİV-in xüsusi diqqət mərkəzində yer almaqdadır. Qardaş ölkə mediasında döyüş meydanında aldığı məğlubiyyətlə barışmayan işğalçının azğınlaşaraq günahsız insanları hədəfə aldığı diqqətə çatdırılır. Qəzetlər Ermənistanın Azərbaycana qarşı törətdiyi davamlı təxribatlarla bağlı xüsusi reportajlar təqdim edir.

"Milliyet” qəzeti "Bərdədə yenə mülki əhali qətliamı” başlıqlı xəbəri manşetdən verib. Xəbərdə qeyd olunur ki, Ermənistan atəşkəsi pozub və oktyabrın 28-i günorta saatlarında Azərbaycanın Bərdə şəhərini raketlə vurub, nəticədə 21 nəfər mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla, çoxlu sayda insan yaralanıb. Bunun Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti müharibə cinayəti olduğunu diqqətə çatdıran nəşr yazır ki, işğalçı ölkənin günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması bir daha onun faşizm xislətini və cinayətkar mahiyyətini göstərir.

"Sabah” qəzeti "Ermənistan qətliamı: 21 ölü, 70 yaralı” başlıqlı xəbərində Ermənistanın atəşkəs rejimini pozması ilə bölgə və beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılır. Bildirilir ki, cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb. Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirir. Bərdə şəhərinə atılan raket nəticəsində 21 insan həlak olub, 70-dən çox mülki əhali yaralanıb. Oktyabrın 28-də günorta saatlarında Bərdədə insanların sıx cəmləşdiyi şəhər mərkəzinin hədəf alınması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktıdır.

"Türkiye” qəzetinin "Yenə mülki əhalini vurdular” başlıqlı məqaləsində yazılır ki, Bərdə kimi qədim tarixə malik şəhərin hədəf seçilməsi Ermənistanın insanlıq əleyhinə yönəlmiş təhlükəli siyasətindən xəbər verir: "Bu bir daha onu göstərir ki, Ermənistan terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və bu gün də həmin xətti israrla davam etdirir”.

"Paşinyan qətliamı” başlıqlı məqalə "Akşam” qəzetində dərc olunub. Bildirilir ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına zərbə endiriblər. Nəticədə 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Qeyd olunur ki, bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, Ermənistan baş naziri Nikol Paşinyanın qəddarlığının həddi yoxdur.

"Yeni şafak” qəzeti "İntiqamı alınacaq” başlıqlı xəbərində 21 mülki şəxsin vəfat etdiyini, 70 nəfərin yaralandığını diqqətə çatdırır. Qeyd olunur ki, hazırkı vəziyyət bölgədəki bütün böyük dövlətlərə real və ədalətli həll üsullarını tətbiq etmək imkanı verir. "Otuz ildir bu problemin həlli üçün heç nə edilməyib, ona görə Azərbaycan problemini özü həll etmək məcburiyyətində qalıb və bunun üçün hərəkətə keçib, istədiyi nəticələrə də nail olmaqdadır”, - deyə qəzet yazır.

"Yeni akit” qəzeti "Şərəfsiz Ermənistan yenə raketlə vurdu” başlıqlı xəbərini oxuculara manşetdən təqdim edib. Bildirilir ki, Ermənistan tərəfindən həyata keçirilən növbəti vandallıq aktı nəticəsində Azərbaycanın mülki vətəndaşları həlak olub, onlarca insan yaralanıb. Qeyd olunub ki, oktyabrın 28-də Bərdə şəhərinin raket hücumuna məruz qalması Paşinyan hakimiyyətinin növbəti hərbi cinayətidir. Beynəlxalq təsisatlar, dünya ölkələri bu cinayətə açıq şəkildə münasibət bildirməlidirlər.

"Cumhuriyet” qəzetinin "Ermənistan mülki əhalini vurdu” başlıqlı xəbərində deyilir ki, Ermənistanın Bərdədə mülki insanların yaşadığı əraziyə raket hücumu nəticəsində 21 nəfər mülki şəxs həlak olub. Müəllif yazır ki, Yerevan açıq-aydın terror fəaliyyəti ilə məşğul olur, dinc əhaliyə zərbə vurur: "1990-cı illərdə Dağlıq Qarabağda ilk hərbi əməliyyatlar zamanı ermənilər tərəfindən insanların başları kəsilir, onları diri-diri yandırırdılar. Təkcə Xocalı soyqırımını xatırlamaq kifayətdir. İndiyə qədər bu soyqırımına lazımınca qiymət verilməyib”.

Qəzetlərdən "Posta”nın "Ermənistan yenə mülki əhalini vurdu”, "Karar”ın "Bu vəhşiliyə dayan deyən yoxdurmu?”, "Milat”ın "Ermənistan Bərdəni vurdu”, "Diriliş postası”nın "Bərdədə mülki əhali qətliamı”, "Türkgün”ün "İntiqamını alacağıq”, "Yeni Asya”nın "Atəşkəsi pozan Ermənistan yenə mülki əhalini vurdu”, "Yeniçağ”ın "Erməni vəhşiliyi”, "Yeni mesaj”ın "Ermənistan qətliam törədir” və "Yeni birlik”in "Ermənistan Bərdədə qətliam törətdi” başlıqlı xəbərlərində Ermənistanın işğalçı siyasəti, terror əməlləri pislənilir. Qeyd olunur ki, Bərdənin mülki əhalisini hədəf alan Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM