29 Oktyabr 2020 19:05
485
SİYASƏT
A- A+

Norveçin “Klassekampen” qəzetində Ermənistanın hərbi təxribatlarından bəhs edən məqalə dərc olunub

 
Norveçin "Klassekampen” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, "Bir münaqişənin tarixi” adlı məqalədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu qeyd edilir. Münaqişənin fəsadları barədə məlumatın verildiyi məqalədə azərbaycanlıların qətlə yetirildiyi və ya işğal olunmuş ərazilərdən qovulduğu diqqətə çatdırılır. Bildirilir ki, təkcə Xocalı şəhərində 1992-ci il fevralın 26-da erməni millətçiləri bir gecədə 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər.

Məqalədə vurğulanır ki, beynəlxalq hüquq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyə malikdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 saylı dörd qətnaməsində deyilir ki, Ermənistanın bütün işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini dərhal, tam və qeyd-şərtsiz tərk etməlidir.

Məqalədə bu il sentyabr ayının sonlarında Azərbaycan qoşunlarının əks-hücuma keçməyə məcbur olduğu qeyd edilir. Bildirilir ki, erməni tərəfi münaqişəyə digər ölkələri cəlb etməyə çalışır. Bu məqsədlə Ermənistan ballistik raketlərdən istifadə edərək, münaqişədən kənar zonada yerləşən dinc şəhərləri atəşə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video