29 Oktyabr 2020 15:56
431
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Bərdə sakinlərinin əzmini diplomatik korpusun nümayəndələri və hərbi attaşelər də gördülər


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə biz Bərdə və Tərtər şəhərlərinə bu səfəri təşkil etdik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə təşkil edilən brifinqdə bildirib.

Prezidentin köməkçisi səfərdə iştirak edən Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrə və hərbi attaşelərə təşəkkür edib. O deyib ki, dünən və ondan əvvəlki gün Ermənistan Silahlı Qüvvələri "Smerç” raketləri və kasetli bombalardan istifadə edərək Azərbaycanın Bərdə şəhərini intensiv şəkildə atəşə tutub. Bunun nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Bərdə şəhəri cəbhəyanı zonadan 60-70 kilometr kənarda yerləşir. Ermənistanın Bərdə şəhərini qadağan olunmuş silahlarla atəşə tutmasının yalnız bir məqsədi var idi: mülki insanların qətlinə səbəb olmaq və onlar arasında panika yaratmaq. Ancaq onlar bu məqsədlərinə heç bir halda nail ola bilməyəcəklər. Bərdə sakinlərinin əzmini diplomatik korpusun nümayəndələri və hərbi attaşelər də gördülər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video