Alternative content

05:25 03 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:39 03.12.2020 İLHAM ƏLİYEV dərsləri
00:37 03.12.2020 O gün gəldi
00:25 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Prokurorluq: Ermənistanın işğal olunmuş ərazilərimizdə mədəni sərvəti və əmlakı məhv etməsi və talaması ilə bağlı cinayət işi başlanıb
Baş Prokurorluq: Ermənistanın işğal olunmuş ərazilərimizdə mədəni sərvəti və əmlakı məhv etməsi və talaması ilə bağlı cinayət işi başlanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:27 29.10.2020

Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti nəticəsində işğal edilmiş ərazilərdəki yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən ümumilikdə 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi zərurət olmadan hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə olunmuş gücləndirilmiş mühafizə altındakı Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkarlanmış ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponat məhv edilib və talanıb, habelə işğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək qanunsuz olaraq Ermənistan Respublikasına aparılıb.

Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olmuş, korlanmış və dağıdılmış, ağır nəticələrə səbəb olmuş Azərbaycan Respublikasına, onun vətəndaşlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus xüsusilə külli miqdar təşkil edən milyardlarla manat dəyərində daşınar və daşınmaz əmlaklar yandırılmaqla, partladılmaqla və başqa ümumi təhlükəli üsullarla qəsdən məhv edilib. Bundan başqa, işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.

Qeyd olunan faktlarla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 116.0.2-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8-1-ci (hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə), 183.2.1-ci (xüsusi dəyəri olan əşyaları talama), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 206.4-cü (qaçaqmalçılıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.

İşğaldan azad olunmuş ərazilərdə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış və dəymiş zərərin müəyyən edilməsindən ötrü zəruri olan digər istintaq hərəkətləri keçirilir.

Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, təqsirkar şəxslərin beynəlxalq və milli qanunvericiliyinin tələblərinə əsasən məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM