Alternative content

23:28 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:58 29.10.2020

Azərbaycan erməni təxribatlarına qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma biz mülki əhaliyə qarşı döyüşmürük.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan Ordusunun ancaq hərbi hədəflərə qarşı döyüşdüyünü vurğulayan H.Hacıyev deyib: "Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq. Xocalı soyqırımını törədənlərin də çoxunun döyüş meydanında cavabı verilib”.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin əməkdaşları oktyabrın 29-da Bərdəyə səfər ediblər. Səfərin məqsədi diplomatları oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM