Alternative content

02:22 03 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:39 03.12.2020 İLHAM ƏLİYEV dərsləri
00:37 03.12.2020 O gün gəldi
00:25 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
00:22 03.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıtda xüsusi əməliyyat keçiriblər
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıtda xüsusi əməliyyat keçiriblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:11 29.10.2020

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıtda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Corat qəsəbəsində yaşayan Kərəm Kərimov saxlanılıb. Onun üzərindən 11,665 qram heroin və 1 elektron tərəzi aşkarlanaraq götürülüb.

Keçirilən daha bir tədbir zamanı Sumqayıtda yaşayan Yardımlı rayon sakini Müştəba Nuriyev tutulub. Onun üzərində axtarış aparılan zaman 1 kiloqram 75 qram heroin və 1 kiloqram 5 qram metamfetamin aşkarlanıb.

Baş İdarənin əməkdaşları tərəfindən Sumqayıtda keçirilən daha bir əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş Corat qəsəbəsi sakini Səfərəli Nəsibov tutulub. Onun üzərində 2 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Həyata keçirilən daha bir əməliyyat zamanı isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Emin Hüseynov yaxalanıb. Onun üzərindən 16 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxslərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər və satışını təşkil etməyə cəhd göstəriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM