29 Oktyabr 2020 12:04
511
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini Bərdə terroru barədə e-mail məlumatlandırma aksiyası həyata keçirir


Yeni Azərbaycan Partiyası (YAP) işğalçı Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onun Əlavə protokollarını, habelə Xarici İşlər nazirlərinin Vaşinqtonda keçirilmiş görüşünün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki vətəndaşlarını raket atəşinə tutması barədə e-mail məlumatlandırma aksiyası keçirir.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində partiyanın çoxsaylı könüllüləri Ermənistanın Bərdə şəhərinə terror hücumları barədə 55 beynəlxalq təşkilata, 75 beynəlxalq KİV-ə, 197 parlamentə, onların sədrlərinə və deputatlarına, 97 dövlət və hökumət başçısına, 187 siyasi partiyaya, 165 ölkənin Xarici İşlər nazirliklərinə, ümumilikdə 800-ə yaxın ünvana 210 mindən artıq e-mail göndərib.

Yeni Azərbaycan Partiyası bununla yanaşı, "Facebook”, "Twitter”, "Instagram”, "Telegram” üzərindən Bərdə terroru barədə məlumatlandırma işlərini də həyata keçirib. Partiyanın gəncləri Bərdə terroru ilə bağlı 3 dildə posterlər, kollajlar, kiçik həcmli videoçarxlar hazırlayaq #Bardacity, #StopArmenianAggression, #KarabakhisAzerbaijan, #DontBelieveArmenia, #ArmeniaKillsCivilians haştaqları üzərindən yayıblar. Son iki gün ərzində Bərdə terroru barədə təxminən 200 mindən artıq tvit, "Facebook” statusu yazıblar, "Instagram” və "Telegram” paylaşımı ediblər.

Göndərilmiş e-maillərdə, yazılmış statuslarda, paylaşılmış poster və videoçarxlarda Ermənistanın Bərdə terrorunun nəticələri barədə məlumat verilib və dünya birliyi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə, təcavüzkarlıq siyasətinə susmamağa çağırılıb. Qırxdan artıq insanın öldüyü, 100-dək insanın yaralandığı Gəncə terrorundan sonra Bərdədə 30-dək insanın qətlə yetirilməsi, 90-dək insanın yaralandığı növbəti terror aktının həyata keçirilməsi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı soyqırımı həyata keçirdiyini sübut edir. Dövlət və hökumət başçılarına, dünya parlamentarilərinə, nüfuzlu KİV-lərə, siyasi partiyalara, XİN-lərə ünvanlanmış müraciətlərdə müasir dünyanın Holokost, Ruanda, Serebrenitsa, Xocalı soyqırımlarından sonra daha bir genosidi yaşamasına imkan verməməyə və bu səbəbdən də Ermənistan kimi terror dövlətinə qarşı təsirli tədbirlər görməyə çağırışlar səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video