21:38 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ-da 121 nümayişçi saxlanıldı
ANA SƏHİFƏ / DÜNYA
10:48 29.10.2020

ABŞ-da polislər tərəfindən 27 yaşlı qaradərili Uolter Uollesin öldürülməsi Nyu-York və Filadelfiya şəhərlərində (Pensilvaniya ştatı) etirazlara səbəb olub. Qohumları onun ruhi xəstə olduğunu bildirib.

"Röyter" agentliyinin xəbərinə görə, polis Nyu-Yorkda keçirilən həmrəylik aksiyalarında 30-a yaxın insanı saxlayıb.

Mitinqə şəhərin bir neçə yüz sakini çıxıb. Etirazçılar zibil qutularını yandırıblar və bir neçə polis avtomobilinə zərər vurublar.

Etirazların dağıdılması zamanı bir neçə hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, lakin onların zədələri ağır olmayıb.

Filadelfiyada baş vermiş iğtişaşlar 30 polis əməkdaşının yaralanmasına səbəb olub, 91 nəfər hakimiyyətin tələblərinə əməl etməkdən imtina , habelə zorakılıq, vandalizm və soyğunçuluğa görə saxlanılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM