09:11 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cənubi Koreya Ali Məhkəməsi sabiq prezidentin 17 illik həbs cəzasını qüvvədə saxlayıb
ANA SƏHİFƏ / DÜNYA
09:03 29.10.2020

Cənubi Koreyanın Ali Məhkəməsi korrupsiya əməllərində təqsirli bilinən ölkənin sabiq prezidenti Li Myun-bakın 17 illik azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, 2008-2013-cü illərdə ölkənin prezidenti olmuş Li Myun-bak 2018-ci ilin martında məhkəmənin qərarı ilə 16 maddə üzrə, o cümlədən korrupsiya əməllərində, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli hesab edilərək saxlanılmışdı. Məhkəmənin gedişində müəyyən edilib ki, sabiq prezident qardaşının adına olan avtomobil ehtiyat hissələri şirkətinin (DAS) əsl sahibi olub. O, şirkətinin daha çox mənfəət əldə etməsi üçün prezident mövqeyindən sui-istifadə edib. Bundan başqa, keçmiş dövlət başçısının külli miqdarda rüşvət aldığı təsdiqlənib. Həmin ilin oktyabrda məhkəmənin yekun iclasında Li Myun-bakın 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan olunub. Ötən ilin martında sabiq prezident səhhətini və digər səbəbləri əsas göstərərək girov müqabilində sərbəst buraxılmasını xahiş etmişdi. Seul Yüksək Məhkəməsi onun bu istəyini yerinə yetirmişdi.

Cari ilin yanvarında prokurorluq 78 yaşlı sabiq prezidentin işinə yenidən baxılması və onun həbs müddətinin 23 ilədək uzadılması tələbi ilə məhkəməyə müraciət etmişdi. Seul Yüksək Məhkəməsinin fevralın 19-da keçirilmiş apellyasiya iclasında sabiq prezidentin DAS şirkəti vasitəsilə 29,3 milyon dollar qazanc əldə etdiyi, habelə 13,7 milyon dollar rüşvət aldığı sübuta yetirilib. Məhkəmə ona verilmiş girov müqabilində sərbəst yaşama icazəsini də ləğv edib. Bundan başqa, sabiq prezidentin 13 milyard von (11 milyon dollar) cərimələnməsi barədə də qərar qəbul olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM