Alternative content

00:13 28 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:48 29.10.2020


Bakı Beynəlxalq Enerji Xartiyası Forumu 40-a yaxın ölkənin yüksək səviyyəli dövlət rəsmiləri, beynəlxalq təşkilat, enerji şirkətləri, maliyyə institutları, araşdırma mərkəzləri, eləcə də dövlət qurumlarının təmsilçiləri, ekspertlər və mediadan ibarət 190-dək nümayəndə ilə videokonfrans formatında baş tutub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "Enerji istehsalı, nəqliyyat, istilik və soyutma sahələrində bərpaolunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyillər” mövzusuna həsr edilən forumda Energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının baş katibi Urban Rusnak və Avropa Komissiyası Enerji Baş Direktorluğunun enerji siyasəti üzrə direktoru xanım Kristina Lobilla Borrero açılış nitqi ilə çıxış ediblər.

Forum Energetika nazirinin müavini Elnur Soltanovun moderatorluğu ilə Enerji Xartiyası Müqaviləsinə üzv və müşahidəçi ölkələrin, eləcə də beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin çıxışları ilə davam edib.

Albaniya, Rumıniya, Böyük Britaniya, Ukrayna və İrandan olan dövlət rəsmiləri müzakirə olunan məsələlər üzrə öz baxışlarını səsləndirərək forum iştirakçılarına səmərəli müzakirələr arzulayıblar. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur çıxışında digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək Ermənistanın Azərbaycanın enerji və nəqliyyat infrastrukturuna hücumları ilə bağlı dərin narahatlığını bildirib və bu cür aqressiv yanaşmanın ümumi regional enerji təhlükəsizliyi üçün zərərli ola biləcəyini qeyd edib, davam edən münaqişə dövründə canlarını fəda edən şəhidlər üçün Azərbaycan hökumətinə və Azərbaycan xalqına başsağlığı verib. Davamlı sosial-iqtisadi hədəflərə çatmaq üçün bölgədəki sülhün və sabitliyin əhəmiyyətini vurğulayaraq Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan münaqişənin sülh yolu ilə həllinə dəstəyini ifadə edib.

Forumun "Bərpaolunan enerji mənbələrinə dəstək - hüquqi, texniki və maliyyə aspektləri” adlı növbəti sessiyası Enerji Xartiyası Katibliyindən Kanat Botbayevin moderatorluğu ilə baş tutub. Sessiya Beynəlxalq Bərpaolunan Enerji Agentliyi, Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Avropa Günəş Enerjisi Assosiasiyası, həmçinin Avstriyanın aidiyyəti nazirliyindən olan nümayəndələrin çıxışları ilə davam edib. Bərpaolunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyaya çağırış və imkanlarla bağlı məsələlər nəzərdən keçirilib, müasir siyasətlər, layihələr və texnologiyaların dünyada enerji sektorunun gələcəyini necə formalaşdıracağına dair müzakirələr aparılıb.

Energetika nazirinin müavini, Enerji Xartiyası Konfransının sədr müavini Samir Vəliyevin moderatorluğu ilə keçirilən "Enerji səmərəliliyinin təşviqi - ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi” adlı son sessiyada isə Yaponiyanın Xarici İşlər Nazirliyi, Kopenhagen Enerji Səmərəliliyi Mərkəzi və Beynəlxalq Enerji Xartiyasından olan nümayəndələrlə yanaşı, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov da çıxış edib. Z.Məmmədov Azərbaycanda enerji səmərəliliyinin təmin edilməsi istiqamətində atılan addımlar barədə məlumat verib, sahə üzrə hazırlanan qanun layihələrinə və bu qanun layihələrinin qəbulunun sahənin tənzimlənməsində mühüm əhəmiyyətə malik olduğunu, qanunlarda nəzərdə tutulan tədbirlərin bilavasitə və ya dolayı yolla səmərəliliyin təmin edilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzini raket atəşinə tutması və nəticədə dinc əhali arasında həlak olanların və yaralananların olduğunu forum iştirakçılarının nəzərinə çatdırıb.

Forum Energetika nazirinin müavini S.Vəliyevin və Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnakın yekun nitqləri ilə öz işini yekunlaşdırıb.

Xatırladaq ki, Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi dövründə keçiriləcək Beynəlxalq Enerji Xartiyası Forumu və Beynəlxalq Enerji Xartiyasının 31-ci Nazirlər görüşünün bu ilin dekabr ayında ölkəmizdə təşkil edilməsi nəzərdə tutulur.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM