29 Oktyabr 2020 02:46
484
SİYASƏT
A- A+

Erməni işğalçıları dinc əhalinin qətliamını davam etdirirlər


Bu dəfə hədəf Bərdənin Qarayusifli kəndi oldu


Xəbər verildiyi kimi, oktyabrın 27-də saat 16:40 radələrində Bərdə rayonunun cəbhə xəttindən uzaq məsafədə yerləşən Qarayusifli kəndi Ermənistan silahlı qüvvələrinin çoxsaylı atəşinə məruz qalıb. Bununla Ermənistan ordusu öz faşist xislətinə sadiq qalaraq növbəti cinayət əməli törədib.

Düşmənin bu cinayəti də faciə ilə nəticələnib. Raket atəşləri 5 nəfərin ölümünə, 14 nəfərin isə yaralanmasına səbəb olub. Həlak olanlar arasında 7 yaşlı Aysu da var. Aysunun 3 yaşlı bacısı Tahirə isə qəlpə yarası alıb. Yaralılar Bərdə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onu da təəssüflə qeyd etmək lazımdır ki, yaralananların üçü azyaşlı uşaqdır. Xəstəxanada yaralılara baş çəkdik, həkimlərlə görüşdük. Həkim Zaur Əliyev məlumat verdi ki, yaralılara yüksəksəviyyəli tibbi yardım göstərilmişdir. Cərrahi əməliyyatlar edilmiş, zəruri tədbirlər görülmüşdür. Kəllə-beyin zədəsi alan bir nəfər neyrocərrahiyyə şöbəsinə göndərilmişdir. Digər yaralıların vəziyyəti orta ağır durumdadır.

Qəlpə yarası alan Qarayusifli kənd sakini Zərqələm Alıyeva: "Raket partlayanda həyətdə idim. Güclü dalğadan yerə yıxıldım. Elə bir göy uçub yerə tökülürdü. Özümə gələndə hiss etdim ki, yaralanmışam. Xeyli qan itirmişdim. Dərhal xəstəxanaya çatdırdılar. Sağ olsun həkimlərimiz, bizə çox canıyananlıqla baxırlar. Ölümdən qorxmuram. Vətənə canım qurban olsun. Amma həlak olan, yaralanan uşaqların halına acıyıram. Bizə ən böyük təsəlli, yaralarımızın məlhəmi qəhrəman oğullarımızın döyüş meydanında çaldığı zəfər, torpaqlarımızı işğaldan azad etmək uğrunda savaşda qazandığı qələbələrdir”.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video