29 Oktyabr 2020 02:45
489
SİYASƏT
A- A+

İran Prezidentinin xüsusi nümayəndəsi: “Mülki şəxslərə atəş açmaq hərbi cinayətdir”


Azərbaycanın Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə tutulması və nəticədə mülki insanların həlak olması beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Abbas Ərakçı Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, rəsmi Tehran bu hadisəni şiddətlə qınayır və belə hallara son qoyulmasını tələb edir. A.Ərakçı Azərbaycan dövlətinə və xalqına başsağlığı verib.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair İranın təkliflər irəli sürdüyünü diqqətə çatdıran A.Ərakçı qeyd edib ki, dövlətlərin ərazi bütövlüyünün qorunması İranın xarici siyasətinin əsas prinsipidir. İran həmişə Azərbaycan ərazilərinin işğal altında qalmasına müxalif olub.

Azərbaycanın İran ilə sərhəd rayonlarının işğaldan azad olunmasının şad xəbər olduğunu bildirdi. Bu bölgədə İran ilə Azərbaycan birgə "Xudafərin” və "Qız qalası” su bəndi inşa edirlər. Artıq ölkələrimiz su bəndlərindən və onların üzərində tikilən Su Elektrik Stansiyasından səmərəli istifadə edəcəklər.

A.Ərakçı Moskva, Yerevan və Ankaraya da səfər edəcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video