Alternative content

06:25 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
ANA SƏHİFƏ / SİYASƏT
02:45 29.10.2020


BMT-nin dəstəyi ilə yaradılmış və dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov təşkilatın üzvlərinin işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlar və müharibə cinayətləri barədə məlumatlandırılması məqsədilə Assosiasiyanın prezidenti, Qətərin Baş Prokuroru Dr.Ali Al Marriyə müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli tarixi torpağımız Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal olunduğu, Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalaraq bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi qeyd edilib.

Bildirilib ki, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllini müxtəlif bəhanələrlə uzadan, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasına məhəl qoymayan Ermənistan ona sərf edən status-kvonu davam etdirərək 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Ermənilər bu ərazilərin zəngin təbii ehtiyatlarını istismar edərək qeyri-qanuni iqtisadi fəaliyyət göstərir, qanunsuz məskunlaşdırma həyata keçirir, tarixi, mədəni və dini abidələrimizi məhv edir, məscidlərimizdə heyvanlar, xüsusilə müsəlmanların hisslərinə toxunan donuz saxlayırlar.

Bütün bunlarla beynəlxalq hüquq normalarını, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozan Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa hesablanan şüarlarla çıxışlar etməsi qeyd olunub, düşmənin hərbi təxribatlarını intensivləşdirdiyi bildirilib.

Müraciətdə bu məsələlərin BMT-nin Baş Assambleyasının 75-ci Sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrimizə və dinc əhaliyə qarşı başladığı hərbi təxribatlara cavab olaraq ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə hüququna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirir.

Doğma torpaqları uğrunda və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşan ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfinin qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından, xüsusilə beynəlxalq hüquq normalarına əsasən, istifadə olunması qadağan edilmiş kaset bombaları ilə hərbi əməliyyatlar aparılan yerdən onlarca, yüzlərlə kilometr aralıda yerləşən, insanların sıx məskunlaşdığı Gəncə, digər dinc şəhər və rayonlarımızı, o cümlədən oktyabrın 28-də Bərdəni dəfələrlə atəşə tutduğu, nəticədə 21 nəfərin həlak olduğu, 70 nəfərin isə yaralandığı diqqətə çatdırılıb. Ümumilikdə, bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda qadın, uşaq və ahıllar olmaqla, 94 dinc sakinin həlak olduğu, 380-dən çox mülki şəxsin yaralandığı, 2700-dən artıq yaşayış binasının və mülki obyektin dağıdıldığı və ya ciddi ziyan gördüyü qeyd olunub.

Razılaşdırılmış humanitar atəşkəs rejiminə dəfələrlə məhəl qoymayan Ermənistanın qeyri-insani siyasətindən əl çəkmədiyi, dinc əhaliyə və mülki infrastruktura hədəflənən təxribatlarını davam etdirdiyi, həlak olanların və yaralananların sayının artdığı vurğulanıb.

Müraciətdə Gəncəyə səfər etmiş Qətərin Azərbaycandakı səfirinin dinc insanlara qarşı törədilmiş müharibə cinayətlərini pislədiyi, bu dövlətin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyi minnətdarlıqla qeyd edilib.

Bundan əlavə, münaqişəyə xarici ölkələrdən muzdluları cəlb edən Ermənistan tərəfindən, həmçinin Çikaqo Konvensiyasının tələbləri pozularaq humanitar yardım adı altında mülki aviasiya vasitəsilə bu ölkəyə silahların daşındığı vurğulanıb, bununla əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət olunduğu barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan döyüş meydanında açıq üstünlüyə malik olmasına baxmayaraq, insanların həyatını qorumaq naminə qan tökülməsini istəmir və razılaşdırılmış prinsiplər çərçivəsində sülh danışıqlarının aparılmasının tərəfdarıdır.

Nazir beynəlxalq nüfuza malik peşəkar hüquqşünas və prokuror kimi müharibə cinayətlərinin qarşısının alınması üçün səylərini əsirgəməyəcinə, IAACA-da təmsil olunan çoxsaylı dövlətlərin mötəbər nümayəndələrinin səslərini bütün dünyaya çatdıracaqlarına ümidvar olduğunu bildirib.

Ədliyyə Nazirliyi tərəfindən həmçinin birgə layihələr həyata keçirilən BMT-nin Uşaq Fonduna (UNICEF) müraciət ünvanlanaraq Ermənistanın müharibə cinayətləri, mülki insanların hədəfə alınması, 11-i uşaq olmaqla onlarca dinc vətəndaşların həlak olması, bəzi uşaqların hər iki valideynini itirməsi barədə məlumat verilib. Habelə ordudan kütləvi fərarilik halları ilə üzləşən düşmənin çıxılmaz vəziyyətdə olması görüntüsünü yaratmaq niyyəti ilə döyüş əməliyyatlarına hətta uşaqları cəlb etməsi faktları diqqətə çatdırılıb. Bununla da Ermənistanın beynəlxalq humanitar hüququn, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının tələblərini kobud surətdə pozduğu vurğulanıb.

Eyni zamanda BMT-nin digər ixtisaslaşmış qurumu və fəal tərəfdaşımız olan Dünya Bankına müraciət göndərilib. Bildirilib ki, respublikamızın dinc əhalisi və mülki obyektləri dəfələrlə Ermənistanın terror və hərbi təxribatlarına məruz qalır, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsinə dair birgə layihə həyata keçirdiyimiz Gəncə və digər yaşayış bölgələrimizə raket zərbələri endirilib, məhkəmə binalarına ciddi ziyan dəyib.

Bundan əlavə, nazirliyin sıx əməkdaşlıq etdiyi, dünyadakı yüksək nüfuzu və həyata keçirdiyi nəcib missiya nəzərə alınaraq Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və qurumun Avropa Regional Bürosuna, Qlobal Fonda (səhiyyə üzrə) müraciətlər olunub və onların qeyd edilən məsələlərdə laqeyd qalmayacaqlarına, insanların həyatını və sağlamlığını qorumaq naminə qan tökülməsini dayandırmaq və sülhü bərpa etmək üçün səslərini ucaldacaqlarına ümidvar olduğu bildirilib.

Nazirlik tərəfindən analoji müraciətlər uzun illər əməkdaşlıq edilən Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına (GIZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna (IRZ) da ünvanlanıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM