Alternative content

06:18 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heç bir qüvvə Azərbaycanın iradəsinə təsir edə bilməz
Heç bir qüvvə Azərbaycanın iradəsinə təsir edə bilməz
ANA SƏHİFƏ / SİYASƏT
02:43 29.10.2020


Ordumuz İlham Əliyevin Ali Baş Komandanlığı ilə öz tarixi vəzifəsini tam yerinə yetirəcək


İkinci Qarabağ müharibəsinin ilk 30 günü Azərbaycan xalqında işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı formalaşmış əminliyin reallığa çevrilməsi ilə əlamətdar oldu. Bu əminlik isə sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə Azərbaycanın güc tətbiqi ilə ədaləti bərpa edəcəyi idi.

Gözlənilən zaman yetişdi və sentyabrın 27-də düşmənin növbəti təxribatından sonra başlanan əks-hücum əməliyyatları qısa müddətdə işğal altında qalan torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi.


30 günün reallıqları


İlham Əliyev dəfələrlə öz çıxışında bildirmişdir ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü müharibə yolu ilə bərpa edəcək. İndiyədək ölkəmizdə həyata keçirilən ordu quruculuğu da ilk növbədə bu məqsədə köklənib. Ən müasir döyüş vasitələri ordumuzun arsenalına daxil edilib. Ən əsası hərbi təlimlərin sayı artırılıb və bu zaman müasir döyüşlərin aparılması istiqamətində vərdişlər təkmilləşdirilib, yeni yanaşmalar, texnikalardan istifadə qaydaları mənimsənilib.

Bu baxımdan hərbi əməliyyatların ilk 30 gününün ortaya qoyduğu və beynəlxalq aləmdə də etiraf edilən ən böyük həqiqət ordumuzun müasir döyüş imkanları ilə döyüşən hərbi güclərdən olduğunu göstərdi. Eyni zamanda Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olması barədə beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlarda öz təsdiqini praktik olaraq tapdı.

Ermənistan 30 ilə yaxın idi ki, işğal altında saxladığı torpaqlarımızda olduqca güclü istehkamlar yaratmış, onları müxtəlif vasitələrlə möhkəmləndirmişdi. Xüsusən 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycanın gücünü görən işğalçı öz mövqelərini daha da möhkəmləndirmişdi. İstehkamların artilleriya atəşinə qarşı betonlaşdırılması, yük avtomobillərinin hərəkətinin görünməz olduğu dərin səngərlərin qazılması, tanklar və piyadalar əleyhinə çoxsaylı minaların basdırılması ilə düşmən öz mövqelərini möhkəmləndirmişdi. Üstəlik, bu mövqelər cəbhə xətti boyu ən əlverişli yüksəkliklərdə tutulmuşdu.

Ordumuz belə bir şəraitdə əks-hücum əməliyyatlarına başlamalı oldu. Məhz peşəkarlığın, yüksək döyüş vasitələrinin və hazırlığının mənimsənilməsinin, ən əsası Azərbaycan əsgərinin vətənpərvərliyinin nəticəsi olaraq düşmənin illərdir möhkəmləndirdiyi bir neçə pilləli səngərləri, o cümlədən təbii istehkam rolunu oynayan yüksəkliklərdəki mövqeləri qısa müddətdə ələ keçirildi. Cəmi 30 gün müddətinə ordumuz Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd və Tərtər rayonlarında uğurlu əməliyyatlara imza atdı. Füzulidən Zəngilana qədər 132 km-lik dövlət sərhədinə nəzarət bərpa olundu. "Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və həm də digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır”, - deyə Prezident İlham Əliyev ordumuzun uğurlu əməliyyatları barədə danışarkən deyib.


Azərbaycan göstərdi ki, Ermənistanı güc yolu ilə ram edə bilər


Ötən bir ayın başqa bir reallığı isə Azərbaycanın beynəlxalq təzyiqlərin qarşısında mətinliklə duruş gətirməsi və uğurlu hərbi əməliyyatlarını məhz belə bir şəraitdə həyata keçirməsidir. İşğal edilmiş torpaqlarını bir-bir azad edən respublikamıza bu dövrdə xaricdən çoxsaylı təzyiqlər edildi. Təbii ki, bu zaman məqsəd Ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etmək idi. 30 ildir Ermənistanın işğalçı siyasətinə göz yumanlar, BMT qətnamələrinin icrasını tələb etməyənlər, danışıqların mənasız qalmasına səbəb olanlar sentyabrın 27-dən başlayaraq bəyanatlarla, zənglərlə problemin hərbi yolla mümkünsüzlüyü barədə hay-həşir salırlar.

Lakin İlham Əliyev yüksək diplomatik peşəkarlıqla, siyasi uzaqgörənliklə onların hamısını ifşa etdi. Azərbaycan Prezidenti çoxsaylı xarici KİV-ə müsahibələrində bütün dünyaya göstərdi ki, müharibənin yenidən başlanmasının səbəbi işğal siyasətinin davam etməsi, bu işğala göz yumulmasıdır. Ən əsası isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğal altındakı əraziləri azad etməsi göstərdi ki, Azərbaycan ATƏT-in Minsk qrupunun susqunluğu qarşısında ildən-ilə daha da azğınlaşan, danışıqları tamamilə iflic edən və həyasızlaşaraq yeni işğal planlarından dəm vuran Ermənistanı güc yolu ilə ram edə bilər.

Bir vaxtlar sərxoş halda Şuşada yallı gedən, bu qədim Azərbaycan şəhərində separatçı rejim üçün andiçmə təşkil edən, başından böyük danışan N.Paşinyan indi acizanə şəkildə gününü dövlət başçılarına yalvarmaqla keçirir. Azərbaycan Ermənistan ordusunu elə bir hala salıb ki, şəxsi heyətinin böyük hissəsi məhv edilib, bir hissəsi şikəst edilib, yerdə qalanlar pərən-pərən düşüb. Cəbhəyə göndərmək üçün kişi tapa bilməyən Paşinyan indi qadınları döyüşə çağırır. Budur, düşmənin sonu. Onu bu vəziyyətə salan isə Azərbaycandır. Torpaqlarını işğalçılardan təmizləyən, ərazilərində beynəlxalq hüququ təmin edən Azərbaycan Ermənistanı döyüş meydanında cəzalandıraraq, ona tarixinin ən böyük acısını yaşadır.

Danışıqlar prosesində baza prinsiplərini rədd edən, bir neçə gün öncə "Münaqişənin diplomatik həlli yoxdur”, - deyən N.Paşinyan artıq məcbur olub bu dəfə atəşkəs üçün ABŞ-a yalvarır və həm də kompromislərdən danışır. Növbəti humanitar atəşkəsdən sonra Ermənistan Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutur, ordumuzun işğaldan azad etdiyi ərazilərə hücum etməyə cəhd göstərir. Eyni zamanda Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir.

Bu, onu göstərir ki, Ermənistan bu humanitar atəşkəsə riayət etmək fikrində deyil. Belə bir vəziyyətdə isə Azərbaycan öz haqq işini inamla davam etdirəcək. Prezident İlham Əliyevin dediyi kimi: "Bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM