Alternative content

15:05 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğaldan azad edilmiş ərazidə “Mətanət-A” şirkəti zavod tikəcək
İşğaldan azad edilmiş ərazidə “Mətanət-A” şirkəti zavod tikəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:41 29.10.2020


Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu işğal altındakı torpaqların azad edilməsi üçün əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Bu gün cəbhədən gələn hər bir xoş qələbə xəbərlərini bütün xalqımız sevinclə qarşılayır.

Əlbəttə ki, əldə olunan uğurların təməlində cənab Prezident İlham Əliyevin bütün istiqamətlər üzrə həyata keçirdiyi uğurlu siyasət dayanır. Ölkəmizdə daimi olaraq aparılan iqtisadi islahatlar nəticəsində biz bu gün güclü iqtisadiyyata və bunun da nəticəsində güclü orduya malikik. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin təzahürlərini biz bu gün bir daha aydın görür və əminik ki, gələcək illərdə də daha çox görəcəyik.

"Mətanət A” şirkətlər qrupu da bu günlərdə həm arxa cəbhəyə, həm də ön cəbhəyə var gücü ilə dəstək göstərməkdədir. Belə ki, 35 nəfər əməkdaşımız könüllü şəkildə ordu sıralarına qoşulmuş və 1 dəyərli əməkdaşımız torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur. Eyni zamanda şirkətimiz Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat maliyyə dəstəyi göstərmişdir. Dövlətimizin, vətənimizin, iqtisadiyyatımızın inkişafına töhfə vermək bizim fəaliyyətimizin təməl prinsipidir. Xüsusi ilə cəbhəyanı ərazilərdə yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, sosial-iqtisadi rifahının yüksəldilməsi üçün cənab Prezident İlham Əliyev qarşısında götürdüyümüz öhdəliyi bu gün də fəxrlə yerinə yetirməkdəyik. Cəmi 7 ay bundan əvvəl Qazax rayonunun cəbhəyanı ərazisində yerləşən Daşsalahlı kəndində cənab Prezident İlham Əliyevin iştirakı ilə "AZERLİME” müasir əhəng zavodunun açılışını etdik. Bundan sonra da ənənələrimizə sadiq qalaraq yeni zavod tikib istehsala başlamağı işğaldan azad olan ərazilərdə həyata keçirəcəyik. Qeyd olunan istiqamət üzrə aidiyyəti icra hakimiyyəti strukturlarına müraciət edilmiş, nəzərə alınan kimi zavodun tikintisinə başlanacaqdır. Bu zavodlarda yüzlərlə insan çalışacaq. İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik. "Milli İqtisadiyyatın İnkişafına töhfə veririk” şüarı ilə işğaldan azad olacaq rayonlarımızda açılacaq zavodlar həm ölkəmizin iqtisadi yüksəlişində mühüm paya, həm də öz doğma yurd-yuvalarına qayıtmış insanlar üçün məşğulluq mərkəzinə çevriləcək və əhalinin sosial rifahının yaxşılaşdırılması üçün əlverişli şərait yaradacaq.

Ali Baş Komandan, cənəb Prezident İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə Azərbaycan yeni bir şərəfli tarix yazır. Bizi qarşıda daha böyük işlər gözləyir. Məhz bu gün cəbhədən gələn qələbə xəbərləri bizi sevindirir və bunun fonunda bizə əlavə güc və motivasiya verir. Biz sahibkarlar bundan sonra da əzm və iradə ilə çalışmalı, daha güclü Azərbaycan naminə iqtisadiyyatımızın inkişafına öz töhfəmizi verməliyik.

Elxan BƏŞİROV,

"Mətanət A” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM