Alternative content

05:19 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərenerji” ASC kimya laboratoriyası üçün avadanlıqların satın alınması üzrə açıq tender elan edir
“Azərenerji” ASC kimya laboratoriyası üçün avadanlıqların satın alınması üzrə açıq tender elan edir
ANA SƏHİFƏ / ELANLAR
02:30 29.10.2020


Tender 1 LOT üzrə keçirilir: Kimya laboratoriyası üçün avadanlıqların satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını yalnız "ASAN Ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. Əlaqələndirici şəxs: Azad Məmmədov, telefon: 490-09-27, 598-26-96; 598-05-56.

İddiaçı şirkətlərin asan/elektron imzalarının olması zəruridir. Yalnız asan imzası, yaxud elektron imzası olan iddiaçı dövlət satınalmalarının vahid internet Portalında qeydiyyatdan keçə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq lisenziyalar və sertifikatlar;

- malların çatdırılması, quraşdırılması, ehtiyac olduqda texniki servislərinin göstərilməsi və lazımi təlimlərinin verilməsi Bakıda həyata keçirilməlidir;

- təhvil verilən bütün mallara keyfiyyət sertifikatı təqdim olunmalı və istehsal ili 2020-ci ildən aşağı olmamalı. Satın alınan avadanlıq akkreditasiya olunmuş qurumlar tərəfindən yoxlanılmalı və sertifikatlaşdırılmalıdır;

- təlimlər bitdikdən dərhal sonra təlim keçmiş işçilər müvafiq avadanlıqlar üzrə beynəlxalq sertifikatlarla təmin edilməlidir;

- mallar sifariş verildiyi vaxtdan sonra ən çoxu 10 həftə (70 gün) müddətinə çatdırılmalıdır;

- müvafiq sertifikatlar.

Sənədlər Azərbaycan dilində skan olunaraq dövlət satınalmalarının vahid internet Portalına yüklənməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 noyabr 2020-ci il saat 09:00-a qədər, bank təminatını və tender təklifini 03 dekabr 2020-ci il saat 09:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflərə baxılmayacaq.

İddiaçıların tender təklifləri 04 dekabr 2020-ci il saat 09:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılacaqdır.

Tender komissiyası





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM