Alternative content

16:21 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazir Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub
Nazir Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub
ANA SƏHİFƏ / SİYASƏT
22:13 28.10.2020

Oktyabrın 28-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasəti, bölgədəki ən son yüksək gərginlik, Bərdə şəhəri də daxil olmaqla, Ermənistanın cəbhə bölgəsindən aralıda yerləşən və heç bir hərbi hədəf əlamətləri olmayan, mülki əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutması barədə həmkarını məlumatlandırıb.

O, günahsız mülki əhalinin atəşə tutulmasının müharibə cinayətləri olduğuna diqqət çəkib. Nazir Ceyhun Bayramov, habelə həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumları nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verib.

İqnasio Kassis, öz növbəsində, mülki şəxslərə qarşı hücumlarla bağlı narahatlığını ifadə edib. O, İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə dair mövqeyini bir daha təkrar edib. İqnasio Kassis münaqişənin sülh yolu ilə həlli ilə bağlı rolu olacağı təqdirdə, ölkəsinin yardım etməyə hazır olduğunu qeyd edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM