Alternative content

15:46 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın növbəti müharibə cinayəti Misir mətbuatında
Ermənistanın növbəti müharibə cinayəti Misir mətbuatında
ANA SƏHİFƏ / SİYASƏT
22:06 28.10.2020

Misirin "Cairo24” və "Aldiplomasy” portalları, həmçinin "Asiaelyoum” informasiya agentliyi oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə yenidən raket hücumu etməsi və mülki insanların qətlə yetirilməsi barədə xəbərlər yayıblar.

AZƏRTAC-a istinadla yayılan xəbərlərdə qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ermənilərin növbəti müharibə cinayəti ilə əlaqədar yaydığı məlumatda Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfərin həlak olduğu, 70-ə yaxın şəxsin yaralandığı bildirilib. Həmçinin şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xəbərlərdə vurğulanır ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinləri və mülki obyektləri hədəf alır. Azərbaycan Ordusu isə düşmənin bu vəhşiliyinin cavabını cəbhədə qazandığı qələbələrlə verir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM