Alternative content

17:20 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SOCAR “Neft və Qaz-2020” beynəlxalq konfransında iştirak edir
SOCAR “Neft və Qaz-2020” beynəlxalq konfransında iştirak edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:04 28.10.2020

Aşqabadda XXV Türkmənistanın "Neft və Qaz-2020” (OGT - 2020) beynəlxalq konfransının ilk iş günü başa çatıb. Türkmənistan bitərəfliyinin 25 illiyi ilə əlamətdar olan forum ilk dəfə olaraq videoformatda keçirilir və Aşqabaddan dünyanın onlarla ölkəsinə yayımlanır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) forumun sponsorlarından biridir.

"Türkmənqaz" və "Türkmənnebit" dövlət konsernlərinin təşkil etdiyi konfransın işində dünyanın 30 ölkəsindən 100-dən çox şirkət, aidiyyəti qurumların və idarələrin, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edib.

"OGT-2020" yubiley konfransının gündəliyinə dünya enerjisinin inkişafı və bu sahədəki beynəlxalq əməkdaşlıqla bağlı geniş məsələlər daxildir.

Forum iştirakçıları Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan qaz kəməri layihəsinin reallaşdırılması prosesinin gedişatı, Türkmənistan şelfinin Xəzərin yeni geoloji-geofiziki məlumatları və dünyanın ən iri "Qalkınış" qaz yatağı ilə tanış olublar.

Qeyd edək ki, konfrans sabah işini davam etdirəcək. Konfransın ikinci günü Enerji Xartiyası müqaviləsinin modernləşdirilməsi, COVID-19-dan sonra enerji dünyasında təbii qazın rolu, neft və qaz bazarlarında son tendensiyalar, Xəzər dənizinin Türkmənistan sektorunun dəniz bloklarının mənimsənilməsi üçün investisiyaların cəlb edilməsi, Türkmənistan qazının dünya bazarlarına ixrac marşrutlarının diversifikasiyası, Türkmənistanın qaz və neft emalı sahələrinin işlənməsində innovativ texnologiyaların tətbiqi və digər aktual mövzular müzakirə olunacaq.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM