Alternative content

16:51 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman: Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini növbəti dəfə kobud şəkildə pozub
Ombudsman: Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini növbəti dəfə kobud şəkildə pozub
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:59 28.10.2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı açıqlama yayıb.

Ombudsman aparatından AZƏRTAC-a bildirilib ki, açıqlamada deyilir: "2020-ci il oktyabrın 26-da saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini ardıcıl şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasında və ondan uzaqda yerləşən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və infrastruktur obyektlərini qadağan olunmuş silahlardan, əməliyyat-taktiki raket sistemlərindən, ağır artilleriyadan istifadə etməklə atəşə tutur.

Ermənistan silahlı qüvvələri tərəfindən ikinci gündür ki, Bərdə rayonu ərazisində mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından növbəti dəfə istifadə edilməklə atəşə tutulması çoxsaylı insan tələfatı və dağıntılar baş verməsi ilə nəticələnib.

Təəssüflə bildiririk ki, 2020-ci il oktyabrın 28-də saat 13:00 radələrində Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə raket zərbələrinin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə isə külli miqdarda ziyan dəyib.

Təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkməyən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror aktı törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasını müddəalarını bir daha kobud şəkildə pozub.

Ermənistanı daha da azğınlaşdıran, sülh və insanlıq əleyhinə yönəlmiş yeni-yeni qatı cinayət əməlləri törətməyə sövq edən əsas amillərdən biri də həmin işğalçı dövlətin ötən dövr ərzində Azərbaycana qarşı törətdiyi müharibə və terror cinayətlərinə görə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquqi sanksiyaya məruz qalmaması, ölkəmizin ərazi bütövlüyünü tanıyan, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz azad olunmasının, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının hüquqi vəziyyətini müəyyən edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üzrə təsirli tədbirlərin görülməməsi ilə bağlıdır.

Bir daha dünya ictimaiyyətinə səslənərək bildiririk ki, Ermənistan tərəfindən müntəzəm şəkildə törədilməkdə davam edən qəddar, qeyri-insani cinayət əməllərinə laqeyd qalmayın, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini ədalət və insanlıq naminə tələb edin”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM