Alternative content

16:35 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belarusun Azərbaycandakı səfiri: Azərbaycanın şəhərlərinə hücumları dayandırmağa çağırıram
Belarusun Azərbaycandakı səfiri: Azərbaycanın şəhərlərinə hücumları dayandırmağa çağırıram
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:59 28.10.2020

Gəncə şəhərinin sakinlərinə, bütövlükdə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, bu hücumlar zamanı yaralananlara şəfa arzulayıram. Ölənlərin xatirəsi daim yaşayacaq. Mən Azərbaycan şəhərlərinə hücumları dayandırmağa çağırıram. Bu şəhər döyüş bölgəsindən uzaqdadır, burada hərbi obyekt də yoxdur. Bu insanların günahı nədir?

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Belarusun Azərbaycandakı səfiri Gennadiy Axramoviç Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.

O deyib: "BMT-nin qətnamələri təcili surətdə yerinə yetirilməlidir. Bu, Azərbaycanın haqlı tələbidir. Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək şərtilə səmərəli danışıqlara qayıtmaq vacibdir. Bunun yerinə dinc əhalini qəsdən hədəf almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaq yolverilməzdir.

Səfir qeyd edib ki, bu gün Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Belarus nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM